"Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirəm" - Qazaxıstan səfiri

SİYASƏT
23:40 20.10.2020
603
Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklər nəzərə alınarsa, dinc şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulması qeyri-insanidir və qəbuledilməzdir.

Bunu Trend-ə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.

O, Dağlıq Qarabağda davam edən, regionda sülhə və sabitliyə təhdid olan gərginlikdən ciddi narahatlığını ifadə edib:

"Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklər nəzərə alınarsa, dinc şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulmasını qeyri-insani və qəbuledilməz hesab edirəm. Bu baxımdan, Gəncəyə raket atəşini və dinc sakinlərin, o cümlədən günahsız uşaqların ölümünü qətiyyətlə pisləyirəm”.

Səfir, həmçinin həlak olanlarına yaxınlarına başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzu edib:

"Qazaxıstanın əvvəllər də səsləndirilmiş və dəyişməz mövqeyi çərçivəsində bir daha münaqişənin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında BMT Təhlükəsizlik Şuraısnın qətnamələrinə uyğun oaraq dinc tənzimlənməsinin vacibliyini vurğulayıram”.

OXŞAR XƏBƏRLƏR