Gəncin səsi, Gələcəyin səsi! şüarı ilə seçki könüllüləri Gəncə və Cəlilabadda - FOTOLAR

GƏNCLİK
15:07 08.01.2024
2219
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 28 dekabr tarixindən etibarən seçki könüllülərinin Azərbaycanın bölgələrinə səfəri davam edir.

AZXEBER.COM xəbər verir ki, avtobuslar vasitəsi ilə təşkil edilən səyyar görüşlərin əsas məqsədi bölgələrdə, xüsusilə də kəndlərdə yaşayan gənclərin - 18 yaşına çatmış və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə səsvermə hüququ olan ölkə vətəndaşlarını seçki proseslərində iştiraka dəvət etmək və fəal şəkildə səsvermə hüququndan istifadəni təşviq etməkdən ibarətdir. 

Cəmiyyətin təkanverici qüvvəsi olan gənclərin fəal seçici rolunda çıxış etməsi hətta bununla yanaşı cəmiyyətin digər təbəqələrini də passiv iştirakçıdan fəal iştirakçılığa keçməsinə təşviq etmək gənclərin ölkə vətəndaşı olaraq əsas vəzifələrindəndir. Bunu əsas tutaraq səfərlər zamanı gəncləri gələcəkləri naminə seçki prosesində fəal iştiraka səsləmək və ilk dəfə səsvermə hüququndan istifadə edəcək şəxslərə infosessiyalar keçmək Gəncə və Cəlilabad şəhərlərində də təşkil edilən səyyar görüşlərdə əsas prioritet kimi nəzərə alınıb.

Gənclərlə görüş zamanı maarifləndirmə sessiyaları ilə yanaşı rəqəmsal alətlər barədə məlumat sessiyaları, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər, müxtəlif oyunlar və musiqili əyləncələr də təşkil edilib.

Qeyd edək ki, ölkə gənclərini sesvermə hüququndan istifadəyə təşviq edən və daha çox gəncin seçki prosesində fəal iştirakına yönələn görüşlər bu günədək Şirvan, Sabirabad,  Şamaxı, Ağdaş, Ağcabədi və Mingəçevir şəhərlərində baş tutub. 
 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır