Gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq məqsədilə tədbir keçirildi

GƏNCLİK
18:27 24.04.2013
2224
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lara Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “ Gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli –mənəvi dəyərlərinin gücləndirilməsi”adlı layihə çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycanın gələcəyi gənclərdir, gənclər bizim sabaha ümidimizdir” mövzusunda Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasında elmi praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının gənclər üzrə prorektoru Yusif Babanlı açaraq icra olunan layihənin vacibliyindən söhbət açdı və qeyd etdi ki, bu yönlü layihələrin ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq üçün maarifləndirmə işlərinin aparılmasını vacib sayıram.
Layihə rəhbəri, M.Əliyev layihə çərçivəsində keçirilən uğurlu tədbirlər haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından, təşkilatçılığından və onun müxtəlif çıxışlarında səslənmiş “İdman hər bir xalqın mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir”, “Bizim idmanımızın səviyyəsi qalxdıqca onunla bərabər Azərbaycan xalqı, Azərbaycanın mədəniyyəti də yüksəlir ” kimi fikirləri bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı. M.Əliyev qeyd etdi ki, dünyada insan alveri qurbanlarının 80 faizini qadınlar,50 faizini isə uşaqlar təşkil edir .Bu insanlar əsasən seksual ya da ağır fiziki əmək və ev işləriylə məşğul olmaqla məcbur edilirlər .Bu problem dövlət sərhədi bilməyən inkişaf etmiş və inkişafda olan ölkələr arasında heç bir fərq qoymayan böyük problemdir.Bu problem hərbi münaqişəyə cəlb olunmuş dövlətdə olduğu kimi ,əminamanlıqda yaşayan dövlət üçün də xarakterdir.Onu da qeyd edən Əliyev bildirdi ki, AKU-nin rektoru,professoru, millət vəkili Eldar Quliyev və Pedoqoji fakultənin dekanı Nizami Qafarov bu yönlü tədbirlərin keçirilməsində yaxından köməklik edir və şərait yaradır.
Azərbaycan Memarlıq və İnşaat universitetinin İdman kafedrasının müdiri professor Telman Əsədov çıxış edərək qeyd etdi ki, bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən insan alveri və narkomaniya qlobal ümumbəşər bir problemə çevirilib, milli-mənəvi dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və problemlə dövlət səviyyəsində mübarizə aparılır.Bu sahədə insan alveri və narkomaniyadan uzaq olmaq məqsədilə ali təhsil müəssisələrində marifləndirmə işlərini gücləndirməklə yanaşı bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün lazımi proqram və layihələrin televizayalarda da olmasını vacib hesab edirəm.
Çıxış etdi GVB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, layihə üzrə təşkilat komtəsinin üzvü, Azərbaycan Kooperasiya universitetinin tələbəsi Elnaz Səfərli bildirdi ki, insan alverinə və narkomaniyaya qarşı mübarizə mövzusunda mütəmadi olaraq tədbirlər keçirilməli və insan alverinin və narkomaniyanın insan üçün təhlükələri mövzularında ali təhsil müəssisələrində gənclər arasında maarifləndirmə işlərinin aparılmasını vacib sayıram.
Tədbirdə AzDBTİ-nın Tək-mübarizlik fakultəsinin dekanı dossent Elman Hüseynov, dekan müavini dossent Cəfərov Qəmbər,Pedoqogika və psixologiya kafedrasının müdiri Məmmədova Cəmilə,Atletika kafedrasının baş müəllimi Aşurov Musa, Tarix kafedrasının dossenti Aydəmirova Fəridə, GVB-nin humanitar və mədəniyyət şöbəsinin müdiri, gvb.ucoz.com saytın redaktoru, layihə üzrə təşkilat komitəsinin üzvü Natiq Qaçayev,layihə üzrə ekspert, polis təqaüdçüsü Sabir Əliyev və başqaları çıxış edərək insan alveri və narkomaniyanın fasadlarından ətraflı söhbət açdılar və bu sahədə mübarizə aparmağı gənclərə tövsiyə etdilər.
Tədbirin sonunda AzDBTİA-nın rektoru professor, millət vəkili Ağacan Abiyev,Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, GİN-nin doppinq üzrə şöbənin müdiri İradə Rüstəmzadə, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin aparat rəhbərin müavini Elnur Camalxanov, QHT-na Dövlət Dəstəyi Şurasının katibliyinin məsləhətçisi Nigar Ağakişiyeva,Emin Məmmədov, qhtxeber.az saytının müxbiri Yeganə Süleymanova gənclərin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində, milli dəyərlərimizi,sağlam həyat, sağlam ailə, mədəni irslərimizin təbliğində,idman siyasətində və fəal təşkilatçılıqlarına görə GVB tərəfindən fəxri fərmanlarla təltif olunub,rəngli buklet və H.Əliyevin əksi olunmuş döş nişanı və təsvirli maykalar tədbir iştirakçılarına paylanıb.
Tədbir Akademiyanın auditoriyalarında diskusiya şəraitində davam etdirilib və gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Azərbaycan Respublikası QHT-ə Dövlət Dəstəyi Şurasının katibliyinin məsləhətçisi Mirzə Zaidov, qhtxeber.az saytının müxbiri Yeganə Süleymanova, “Qoşa Ulduz” jurnalının redaktoru Gülzar Namazova, Kooperasiya qəzetinin Baş redaktoru Gülnarə Qurbanlı, GİV-nin məsul işçisi Müzəffər Nəsibov, QHT-nın nümayəndələri və Akademiyanın pedoqoji kollektivi iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR