İranda Tehran Universitetinin apardığı bir araşdırma şagirdlərin 80%-nin spirtli içki içdiyi və cinsi əlaqəyə girdiyini aşkar edib. AZXEBER.com-un məlumatına görə, araşdırmanın nəticələri İranın Hüquq-Mühafizə qüvvələrinin komandanı İsmayıl Əhməd Müqəddəmin etirazına səbəb olub.
O bildirib ki, araşdırma nəticələrinin doğruluğu sübut olunarsa istefa verəcək: “Araşdırma cəmiyyətimizin əxlaqi quruluşuna ziddir. Bu statistikanı yayanlar cəmiyyətin fikrilərini qarışdırmaq istəyir. Araşdırma nəticələrinin doğruluğu sübut olunarsa dərhal istefa edərəm”.