Gənclər diabetli ailələrə dəstək üçün bir araya toplaşdılar - FOTOLAR

GƏNCLİK
00:52 10.03.2014
1852

Prezidentyanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən IV qrant müsabiqəsi çərçivəsində fəal gənc Sevda Cəfərova tərəfindən fərdi qazanılmış “Göy dairə” diabetli ailələrə dəstək layihəsinin açılış mərasimi 09 mart 2014-cü il tarixdə paytaxtda yerləşən Divan oteldə baş tutdu. 

Layihənin açılış mərasimində ölkənin səhiyyə sahəsində aparıcı rola malik Azərbaycan Diabet Liqasının əməkdaşları və həkimləri, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Sağlamlıq və Qayğı” şöbəsinin əməkdaşları eyni zamanda gənc iş adamı Günel Əliyeva və Dilşad Əhədova yaxından iştirak edərək diabetli ailələrə öz dəstəyini nümayiş etdirdi.

Layihənin əsas məqsədi diabet xəstəliyindən əziyyət çəkən şəxslər və onların ailə üzvləri arasında şəbəkənin qurulması eyni zamanda diabetli şəxslərin qida rasiyonu, müalicə və proflaktika metodları istiqamətində maarifləndirilməsidir. Diabet dünyanın hər bir ölkəsində diqqət mərkəzində saxlanılan mövzudur və bizim cəmiyyətin ayrılmaz hissəsidir. Diabetli gənclərin cəmiyyətə adaptasiyası və inkişafında ən mühüm məqam onların düzgün maarifləndirilməsidir. Məhz bu məqsədlə layihənin ilk günü gənc psixoloq Fidan Azərqızı tərəfindən diabetli insanların düşəbiləcəyi depressiya və komplekslərdən qorumaq üçün təlim proqramı həyata keçirilmişdir.

Qeyd edək ki, layihə 5 gün ərzində Diabet Liqasının təlimçiləri tərəfindən davam etdiriləcəkdir

OXŞAR XƏBƏRLƏR