Gənclər «Fəvvarələr meydanı»nda aksiya keçirdi

Gənclər «Fəvvarələr meydanı»nda aksiya keçirdi
Bütün Xəbərlər
16:36 03.12.2011
2489
Dekabrın 3-də bir qrup gənc paytaxtın mərkəzində - «Fəvvarələr meydanı»nda aksiya keçiriblər.AZXEBER.COM Azadlıq radiosuna istinadən xəbər verir ki, aksiyaçılar «Əsgər ölümlərinə YOX deyək!», «Şəhidlər ölməz, Vətən bölünməz!» şüarları səsləndiriblər, Azərbaycan himnini oxuyublar.Aksiyaçılarla polis və mülkigeyimlilər arasında qarşıdurma yaranıb.«Azərbaycan» kinoteatrının qarşısında başlayan aksiya Nəsimi heykəlinə qədər davam edib.Aksiya zamanı Müsavat Gənclər Təşkilatının üzvləri Rauf MəmmədovTural Hacıbəyli, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev, üzvü Emil, «Nida» təşkilatından Kənan Qasımlı və Dia.az-ın müxbiri Vaqif Sadıqlı saxlanıb.Aksiyada iştirak edən əsgər atalarından iki nəfərin də saxlandığı bildirilir.Aksiya zamanı jurnalistlərə də təzyiqlər olub. Onlara çəkiliş aparmağa imkan verilməyib.
OXŞAR XƏBƏRLƏR