Gənclər Fondu BMT-nin mükafatına layiq görülüb

Gənclər Fondu BMT-nin mükafatına layiq görülüb
GƏNCLİK
15:41 31.01.2018
2054
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AZGF) BMT-nin İnkişaf Proqramı (UNDP) və Bəhreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis edilmiş "Davamlı inkişafa nail olmaq üçün gənclərin gücləndirilməsi” Kral Hamad mükafatına layiq görülüb.
 
AZGF-dən AZXEBER.COM-a bildiriblər ki, müsabiqənin məqsədi gənclərə motivasiya verən, diqqət göstərən, innovativ fikirləri dəstəkləyən və onları təşviq edən qurumları aşkar etmək, onların fəaliyyətini hərtərəfli araşdıraraq yüksək nailiyyətləri olan qurumları mükafatlandırmaqdır.
 
Eyni zamanda, bu təşəbbüs gənclərə daha yaxşı gələcəyi təmin etmək məqsədi daşıyan, BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərinə nail olmaq məqsədini daşıyır. Müsabiqədə iştirak edən hər bir nominantın Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində əhəmiyyətli nailiyyətlərinin olmasına diqqət yetirilir. Bu barədə yanvarın 30-31-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında təşkilatın İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumunda ətraflı məlumat verilib.
 
Dünyanın bütün ölkələrinə müraciətin ünvanlandığı bu təşəbbüsdə 87 ölkədən dövlət və qeyri-hökumət təşkilatları iştirak ediblər. Azərbaycan Gənclər Fondu dövlət qurumları nominasiyasında qalib elan olunub. Seçim xüsusi ixtisaslaşmış münsiflər heyəti tərəfindən həyata keçirilib. Münsiflər heyəti UNDP-nin və BMT-nin digər institutlarının, o cümlədən ECOSOC-un, BMT baş katibinin gənclər üzrə xüsusi elçisinin ekspert və əməkdaşlarından ibarət olub. Münsiflər heyətinə, həmçinin dörd ölkənin gənclər siyasətinə məsul nazirləri də daxil edilib.
 
Azərbaycan Gənclər Fondu Prezident İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin səmərəli icrasını təmin etməkdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr
18:27 26.02.2026
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr