Gənclər Fondu dördüncü qrant müsabiqəsini elan etdi

Gənclər Fondu dördüncü qrant müsabiqəsini elan etdi
GƏNCLİK
18:10 03.10.2013
1468

2013-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Toplantının gündəliyinə “C” kateqoriyası üzrə müsabiqənin elan olunması, qrant müsabiqələrinin təşkilini tənzimləyən sənədlərin təsdiq olunması və cari məsələlər daxil edilmişdir.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov yeni qrant müsabiqəsinin məqsədləri, şərtləri və prioritet mövzuları haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, müsabiqə gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərmək məqsədi ilə təşkil olunur. “C” kateqoriyası üzrə keçirilən müsabiqədə yalnız yaşı 14-dən 29-dək olan fiziki şəxslər iştirak edə bilərlər. Layihələri 2013-cü ildə Fond tərəfindən maliyyələşdirilmiş gənclər təşkilatlarının rəhbərlərinin, həmin layihələrin işçi heyətinin, habelə “C” kateqoriyası üzrə qrant almış fiziki şəxslərin bu müsabiqədə iştirakına məhdudiyyət qoyulması nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, gənclərin təşəbbüsləri qiymətləndirilərkən, təhsildəki son yeniliklərə və elmi nailiyyətlərə həsr olunmuş tədbirlərin təşkili, intellektual yarışların və olimpiadaların keçirilməsi, gənc texniklərin ideyalarının reallaşdırılması, bədii və elmi ədəbiyyata marağın artırılması, ictimai davranış qaydalarının, könüllülüyün və tolerantlığın təbliği, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası, ətraf mühitin mühafizəsi və s. istiqamətlərdə hazırlanan layihələrə üstünlük veriləcəkdir.

Müzakirələr nəticəsində hər bir layihə təklifi üçün Fond tərəfindən ayrıla biləcək maksimal məbləğ 4 min manat müəyyən edilmiş, müsabiqənin 2013-cü il oktyabrın 4-dən noyabrın 18-dək keçirilməsi qərara alınmışdır (müsabiqə ilə bağlı elanın tam mətni Gənclər Fondunun saytında yerləşdirilmişdir).

Daha sonra iclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”ın və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”nın layihələri müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Fondun yarandığı ilk vaxtlarda qrant müsabiqələrinin keçirilməsi ilə bağlı məsələlər “Təlimat və prosedur qaydaları” adlı vahid sənədlə tənzimlənmişdir. Lakin Fondun fəaliyyətinin genişlənməsi, müraciət edən gənclərin və qeyri-hökumət təşkilatlarının sayının artması, müsabiqələr zamanı yeni sualların meydana çıxması həmin sənədin təkmilləşdirilməsini zəruri etmişdir. Yeni “Təlimat”da Fondun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair müddəalar konkretləşdirilmiş, “Qaydalar”da isə müsabiqədə iştirakın şərtləri, layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır.

Müzakirələr zamanı sənədlərin mətninə bir sıra düzəliş və əlavələr təklif olunmuşdur. Həmin təkliflər nəzərə alınmaqla, hər iki sənəd Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir (sənədlərin mətni Fondun saytında yerləşdirilmişdir).

Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistan təyyarəsi partlayış təhdidindən sonra təcili eniş edib
18:28 17.06.2025
Hindistan təyyarəsi partlayış təhdidindən sonra təcili eniş edib
İran İsfahanda İsrailə məxsus PUA istehsal edən sex aşkarlayıb
18:19 17.06.2025
İran İsfahanda İsrailə məxsus PUA istehsal edən sex aşkarlayıb
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
17:53 17.06.2025
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
AEBA: Natanz nüvə stansiyasının yeraltı hissəsinə zərbələr endirilib
17:44 17.06.2025
AEBA: Natanz nüvə stansiyasının yeraltı hissəsinə zərbələr endirilib
İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
17:38 17.06.2025
İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
17:16 17.06.2025
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var