Gənclər Fondu Gənclər Təşkilatları üçün 14-cü qrant müsabiqəsinin nəticələrini elan etdi

GƏNCLİK
14:55 22.06.2020
1537
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üzrə 10 fevral - 10 mart 2020-ci il tarixlərində keçirilən növbəti müsabiqənin nəticələri elan olundu.

AZXEBER.COM xəbər verir ki, Gənclər Fondunun Müşahidə Şurasının tapşırığına əsasən, layihələr mövcud vəziyyətə (koronavirus pandemiyası) uyğunlaşdırılmalı və onlayn formatda həyata keçirilməlidir. Bu tələblərə cavab verən 32 layihə təklifi müsabiqəyə təqdim edilmişdir.  

Qiymətləndimədən sonra 18 yerli layihə və 1 beynəlxalq layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilmişdir.

Müsabiqə qaliblərinin siyahısı ilə Gənclər Fondunun rəsmi internet saytında (www.youthfoundation.az) tanış olmaq mümkündür.
 
Qrantın alınması məqsədilə bu gündən etibarən müsabiqədə qalib olmuş hər bir gənclər təşkilatı Gənclər Fondunun rəsmi internet saytına öz kod və şifrəsi vasitəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılaşdırılmasını həyata keçirə bilərlər. 

Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqələri çərçivəsində gənclər təşkilatı ilə Gənclər Fondu arasında qrant müqaviləsinin bağlanması üçün elektron sistemə daxil olaraq Xidmətlər bölməsindən istifadə edərək Müqavilə pəncərəsinə keçid edilməlidir.
 
Qrantın alınması məqsədilə müqavilələrin imzalanması üçün sənədlərin son göndərilmə tarixi 10 iyul 2020-ci il müəyyən edilmişdir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet