“İrəli” İctimai Birliyinin 4 illiyi ilə əlaqədar Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov və fondun mətbuat katibi Aynur Həsənzadə “İrəli” Gənclik Mərkəzinin qonağı olublar.
AZXEBER.COM xəbər verir ki, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevə fondun icraçı direktoru Fərhad Hacıyevin təbrik məktubu təqdim edilib.Məktubda 24 dekabr – “İrəli” İctimai Birliyinin yaranması günü münasibətilə birliyin üzvlərinə təbrik ünvanlanıb.“Azərbaycan gənclər siyasətinin uğurlu icrasında fəal iştirakınızın davamlı olmasını arzulayır və gələcək fəaliyyətinizdə daha böyük nailiyyətlər və müvəffəqiyyətlər diləyirik”.Rauf Mərdiyev də öz növbəsində göstərilən diqqətə görə Fərhad Hacıyevə və fondun əməkdaşlarına təşəkkürünü bildirib.