Gənclər Fondunun 12-ci qrant müsabiqəsi elan olundu

Gənclər Fondunun 12-ci qrant müsabiqəsi elan olundu
GƏNCLİK
14:40 04.06.2019
7105
Gənclər Fondunun 12-ci qrant müsabiqəsi elan olunub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Fondun icraçı direktoru Fərid Cəfərov deyib. O bildirib ki, bu qrant müsabiqəsi çərçivəsində gənclər təşkilatlarının yerli və xarici layihələrinin maliyyələşdirilməsi həyata keçiriləcək.

F.Cəfərovun sözlərinə görə, bu layihələrin prioritet mövzuları elan olunacaq və gənclər artıq bu gündən etibarən fonda müraciət edə biləcəklər:

"Bildiyiniz kimi, Prezidentin müvafiq göstərişi ilə xaricdə gənclərin magistr pilləsi üzrə təhsil almasının maliyyələşdirilməsi də Gənclər Fonduna həvalə edilib. 23 may tarixində müvafiq elan verilib və bu istiqamətdə nəzərdə tutulan işlər barəsində müşahidə şurasına hesabat veriləcək".

Fondun icraçı direktoru vurğulayıb ki, 12-ci qrant müsabiqəsi sırf gənclər təşkilatlarına şamil olunacaq:

"Fərdi gənclərin layihələri ilə bağlı müsabiqənin də yay aylarında artıq elan edilməsi nəzərdə tutulur. Əsas kriteriyalar ənənəvi mövzularla yanaşı, risk qrupunda olan gənclərin cəmiyyətə inteqrasiyası, sosial müdafiəyə ehtiyacı olan gənclərlə bağlı iş və s. proqramlardır. Fondun akkreditasiya sistemindən qeydiyyat keçmiş bütün qeyri-hökümət gənclər təşkilatları öz layihələri ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər".

Əməkhaqları barədə məlumat verən Fond direktoru üstünlüyün sosial müdafiəyə ehtiyacı olan gənclərə verildiyini də diqqətə çatdırıb:

"İş axtaran, iş təcrübəsi olmayan gənclər və müəyyən kateqoriyaya daxil olan regionlarda yaşayan gənclər də bura daxildir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir