Tanışlıq səfəri müddətində iştirakçılar Mannheim Tətbiqi Elmlər İnstitutu (www.hs-mannheim.de), Nano Elm və Texnologiya İnstitutu (https://www.nsti.org), Alman Elmi Tədqiat Xərçəng Mərkəzində (www.dkfz.de) yerləşən müasir laboratoriyalarla tanış olacaq, tanınmış mütəxəssislərin mühazirələrini dinləyəcəklər. Səfər dövründə iştirakçılara Prof. Werner, Prof. Kioschis, Prof. Frech, Prof. Wiedemann, Prof. Hafner, Prof. Mack tərəfindən biotexnologiyanın müasir problemlərinə həsr olunmuş mühazirələr veriləcək. Bundan əlavə Bakı Dövlət Universitetinin professorları Prof. R.Həsənov və Prof. X.Qənbərov ilə gələcək universitetlərarası əməkdaşlıq müzakirə olunacaqdır.