Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTOLAR

GƏNCLİK
17:57 14.04.2023
7820

Aprelin 14-də Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin sədrliyi ilə keçirilən iclasda Gənclər Fondunun 2022-ci il üzrə hesabatı dinlənilib, gənclər üçün təhsil və məşğulluq proqramları, gənclər təşkilatlarına dəstək mexanizmləri, gənclər sahəsində beynəlxalq əməkdaşlıq və gənclərin asudə vaxtın səmərəli təşkili istiqamətlərdə fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda 2023-cü il üzrə Fondun Fəaliyyət Planı müzakirə edilərək, təsdiq edilib. Həmçinin, cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə humanitar dəstək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllülərinin fəaliyyətinə dair məlumat və video təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.


Müşahidə Şurasının sədri 2023-cü ilin ölkə başçısı cənab İlham Əliyev tərəfindən "Heydər Əliyev İli” elan edilməsini xüsusi qeyd edərək, Ümummilli liderin əziz xatirəsinin və irsinin gənclər arasında yaşadılması və təbliği məqsədi ilə müvafiq tədbirlər planının hazırlandığını bildirib və bu günədək həyata keçirilən layihələrə nəzər yetirilməsini təklif edib. Bununla əlaqədar, gənclər təşkilatları üçün elan edilmiş 17-ci qrant müsabiqəsi çərçivəsində "Heydər Əliyev İli”nin prioritet mövzular siyahısına daxil edildiyi vurğulanıb. Elan Fondun müvafiq internet resurslarında (internet səhifəsində https://youthfoundation.az/?p=153672, GencApp  mobil tətbiqi və sosial şəbəkələrdə) yerləşdirilib.


Gündəliyə uyğun olaraq, iclasda Müşahidə Şurası tərəfindən Fondun fəaliyyətini tənzimləyən bir sıra qaydalara dəyişiklər edilib.


İclasda həmçinin, "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” dövlət başçısının 7 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin regional mərkəzlərinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, strukturun optimallaşdırılmasına imkan yaradacaqdır.


Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şuranın tərkibinə – Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) idarə heyətinin üzvü Emiliya Bayramova və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) idarə heyətinin üzvü Bəxtiyar İslamov daxildir.










OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib