Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlər seçilldi - SİYAHI

GƏNCLİK
17:40 06.02.2013
1383

Fevralın 6-da “Kempinski Badamdar” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq keçirilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun Əsasnaməsinə dəyişikliklər edilmiş, Fondun Müşahidə Şurasının formalaşdırılmasının yeni qaydaları müəyyənləşdirilmişdir. Bildirilmişdir ki, Müşahidə Şurasının beş üzvü müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edəcəkdir. 

Yığıncaqda iştirak etmək üçün gənclər təşkilatlarından 121 nümayəndənin müraciət ərizəsi, Müşahidə Şurasının üzvlüyünə namizədliyə isə 18 nəfərin ərizəsi qeydə alınmışdır. Əvvəlcə açıq səsvermə ilə yığıncağın katibi, hesablama komissiyasının üzvləri seçilmişlər. Sonra Müşahidə Şurasının üzvlüyünə ərizəsi qeydə alınmış namizədlərin çıxışları dinlənilmişdir. Səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər seçilmişlər. Seçkidə 8 namizəd - Aydın Əbilov (Yeni Yazarlar və Sənətçilər Qurumu), Seymur Orucov (Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi), Şahin İsmayılov (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı), Tural Hümbətov (Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İctimai Birliyi), Şahin Seyidzadə (Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası), Nurəddin Mehdiyev (Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi), Zaur Seyidzadə (Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım İctimai Birliyi), Nərgiz Eyvazova (Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı) seçilib. Müşahidə Şurasında gənclər təşkilatlarını təmsil edən dörd üzv isə bu namizədlər sırasından seçiləcək və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR