06:06 çərşənbə, 13 Noyabr 2019
ÖZƏL

Gənclər Fondunun qrant müsabiqəsinin qalibləri nə zaman açıqlanacaq? - VİDEOREPORTAJ

14:28, 16.10.20198390
Gənclər Fondunun qrant müsabiqəsinin qalibləri nə zaman açıqlanacaq? - VİDEOREPORTAJ

16 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 


AZXEBER.COM xəbər verir ki, iclasda Fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən 12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı, YayFest düşərgəsi, "Səyyar Gənclər Xidməti və digər fəaliyyətlər haqqında hesabatlar dinlənildi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gənclərə qayğısının növbəti təzahürü olaraq, ölkənin şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölmələrinin yaradılması ilə bağlı 1 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlər müzakirə olunub.

Həmçinin, iclas çərçivəsində XIII qrant müsabiqəsinin (C kateqoriyası) üzrə nəticələri təsdiq edilib. 

İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin, Müşahidə Şurasının üzvləri – Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müaviniMurad Ağabəyli və "Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.


XƏBƏR LENTİ