Qeyri-sabit hava şəraiti Bakının Suraxanı rayonunun Köhnə Suraxanı qəsəbəsində fəsadlara səbəb olub.
AXEBER.COM-un "Unikal"a istinadən məlumatına görə, qəsəbənin məhəllələrindən birində ağac 88-FA-759 dövlət qeydiyyat nişanlı "Geely Monjaro" markalı avtomobilin üzərinə aşıb.
Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib və yararsız vəziyyətə düşüb.











































