Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsi hesabında paylaşım edilib.
"Niaqara şəlaləsi 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb", deyə paylaşımda qeyd olunub.












































