Gənclər hakimiyyətə səsləndi: "Bundan da güclü aksiyalarımız olacaq"

Gənclər hakimiyyətə səsləndi: "Bundan da güclü aksiyalarımız olacaq"
Bütün Xəbərlər
21:28 05.12.2011
2438
Dekabrın 3-də gənclər təşkilatlarının birgə keçirdiyi aksiya 2 aprel aksiyasından sonra hakimiyyəti növbəti dəfə silkələdi. Müxalifət partiyasının və heç bir müxalif liderin qərarı olmadan, sosial şəbəkələrdə təşkilatlanmış fəal gənclər dekabrın 3-də “əsgər ölümlərinə yox deyək” şüarı ilə şəhərin mərkəzində izdihamlı mitinq keçirdi. Mitinqdə şəhid ailələri də iştirak edirdi. Aksiyada fəallardan olan gənclər isə mitinqi təşkilini yüksək dəyərləndirir və baş tutduğunu hesab edirlər. Onlar mübarizəni birgə davam edəcəklərini bəyan edirlər. Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı hesab edir ki, mitinqdə polis zorakılığı gəncləri heç də qorxutmur: “Əksinə bu kimi aqressiv davranışlar gənclərin nifrətini artırır. Polis zorakılığı adətən qorxu yaratmağa hesablanır. Amma bu texnologiya artıq köhnəlib. Baxın dünyada bu gün gedən proseslərə. Artıq insanlar yanında öldürülən insanların qisasını almağa çalışırlar. Bizdə də aksiyaçı xanımlara qarşı olan zorakılıq digər gənc bəyləri daha mübariz olmağa məcbur edirdi. Bir daha qeyd edirəm ki, zorakılıq artıq qorxu yox, nifrət yaradır”. S.Soltanlının sözlərinə görə, aksiyalar davam edəcək: “Normal olmayan hakimiyyətin atdığı addımlara qarşı etiraz etmək bizim hüququmuzdur. Bu hüquqlarımızdan sona qədər sivil şəkildə istifadə edəcəyik”. ADP gənclər təşkilatının sədri Cəmil Hacıyevin fikrincə, aksiya olduqca uğurlu alınıb: “Əslində biz Gənc Siyasi Məhbusların Komitəsi olaraq qərar vermişdik ki, 10 dekabrda İnsan Haqları Günü ilə bağlı aksiya keçirək. Lakin şəhid ailələrindən bizə deyildi ki, əsgər ölümləri ilə bağlı aksiya təşkil olunsun. Sözsüz ki, əsgər ölümləri ilə bağlı aksiya indiki məqamda daha önəmli idi. Gözləmirdik ki, belə aksiya olacaq, çox uğurlu oldu. Hətta ətrafdakı insanlar biləndə ki, bu, əsgər ölümləri ilə əlaqədardır, bizə qoşulanlar oldu". C.Hacıyev deyir ki, polisin davranışlarında əvvəlkindən heç bir fərq yoxdur: “Baxmayaraq ki, polislər insan hüquqları konvensiyasına qoşulub, ATƏT polislərlə silsilə treninqlər keçirib. Ancaq heç bir nəticə yoxdur. Yenə zorakılıq, amansızlıq var idi. Xüsusilə, fəal xanımlara qarşı vəhşi davranırdılar. Müsavatçı Nərgiz Yaqublu və ADP-çi Şəhla Hacıyevaya qarşı daha kobud davrandılar. Üstəlik, aksiya Səbayel rayon ərazisində olduğu halda Nəsimi rayon polis rəisinin müavini Süleyman Nemətov yenə gəlmişdi və xüsusi tapşırıqlar verirdi ki, konkret kimləri tutsunlar. Siyasi məhbusların dekabrda azad olunması barədə əfv fərmanının verilib-verilməyəcəyini gözləyirik. Verilməsə, bundan da güclü aksiyalar olacaq”. Vətəndaş Həmrəyliyi Partiyası sədrinin gənclər üzrə müşaviri Samir Əsədli bu aksiyanı ən təşkilatlanmış mitinq hesab edir: “Gənclərin keçirdiyi ən təşkilatlanmış, bütün təşkilatların fəallarının iştirak etdiyi aksiya idi. Bütün planlar həyata keçirildi, polisin qəddar davranışından çəkinmirik. Biz onlara əl qaldıra bilmirik. Ancaq onlar şillə-təpiklə etirazçıları vururlar. Orada siyasi tələblər səsləndirilmədi. Bu göstərir ki, polis öz vətəndaşına qarşı aqressivdir, sanki biz başqa millətdənik. Heç bir qorxu yoxdur, əksinə, aksiya nəzərdə tutulan ərazidə başladı və istədiyimiz yerdə yekunlaşdı. Polis heç nə edə bilmədi, aksiya baş tutdu”. S.Əsədli aksiyaların davam edəcəyini dedi: “Biz gənclər birgə mübarizə aparacağıq”.

AXCP-nin gənc fəalı Dəyanət Babayev dünənki aksiyada ona yalnız aparılanda zorakılıq olduğunu söylədi: “Belimdən 5-6 ay bundan əvvəlki mitinqlərin birində zədə almışam, indi o ağrılar daha da şiddətlənib. Polis bölməsində heç bir təzyiq olunmayıb. Aksiyaların davamına gəlincə, partiyanın mitinqlə bağlı qərarı olacaqsa, iştirak edəcəm. Belimdəki ağrılarla bağlı ”Semaşko" xəstəxanası yaxınlığında dövlət klinikasına getdim ki, aparatdan keçim. Məndən 20 manat pul istədilər. Dedilər ya da qeydiyyatda olduğun Neftçala rayonuna get. Halbuki rayonda həmin aparatlar yoxdur. Buna görə gərək Salyana gedəm. Orda da 15 manatdır..."

/// Yeni Musavat

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
20:49 04.04.2026
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib