Gənclər İctimai Davranış qaydalarını müzakirə etdilər

GƏNCLİK
12:01 29.09.2015
2267
Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Maarifçi Gənclər Təşkilatının 103.3 dalgasında, Araz FM radiosunda reallaşdırdıgı “Gənclərin ictimai davranış qaydalarının təbliğində rolu” layihəsini yekunlaşdırdı.
Layihənin həyata keçirilməsində məqsəd ictimai davranış qaydalarının təbliğ olunması və bu qaydalara əməl olunmasına gəncləri təşviq etməkdir. Yayımlanan radioproqramlarda ictimai davranış qaydalarına əməl olunmasına dair müxtəlif təkliflər səsləndi. Gənclərə yol qəzalarına səbəb olan düzgün yerdən keçməmələri, böyük mənfi fəsadlara yol açan ictimai yerlərdə özlərini aparmaq davranışları barədə geniş miqyaslı iş aparmagın vacibliyi vurgulanıb.
Proqramın aparıcısı olan Günay Malikqızının ilk qonaqları Azərbaycan Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Arabov və “Addim” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə ictimai davranış qaydalarına dair onları narahat edən maqamlara toxundular. Dinləyicilərin maraqla qarşıladıgı radioproqramda millət vəkili Aydin Mirzəzadə, BDU Psixologiya kafedrasının baş müəıllimi, psixologiya üzrə Fəlsəfə doktoru Kamilə Kazımova, Əməkdart artist, mügənni Nüşabə Ələsgərli, şairə, ictimai xadim Zəhra Bədəlbəyli, Azərbaycan Tuzim və Menecement Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadə, TV aparıcılar Aynur Talıbova, Mirsəməd Cəfərli, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Etika Akademiyasının rəhbəri Günel İbrahim, jurnalist Aynur Hacıyeva, “Planet Parnı iz Baku” teatrının aktyoru, əməkdar artist Cabir İmanov, ASSA Jurnalistika məktəbinin direktoru lhamə Novruzova, Bakcell şirkəinin korporativ kommunikasiya bölməsinin rəhbəri Suheyla Cəfərova və BMG İnternational şirkətinin təsisçisi, Biznes təlimçi Sənan Həsənov öz fikirləri ilə bölüşüb, problemin həlli üçün təkliflər irəli sürüblər. Müzakirələrdə qərara alınıb ki, ictimai davranış qaydalarının daşıyıcısı olan gənclərə bu məsələdə maarifləndirmə işlərini artırmaq gərəkdir.

OXŞAR XƏBƏRLƏR