Gənclər informasiya müharibəsində nə dərəcədə fəaldır?

Gənclər informasiya müharibəsində nə dərəcədə fəaldır?
GƏNCLİK
00:10 30.08.2011
1850

Müharibədə qələbəni təkcə döyüş bölgəsində deyil, həm də informasiya cəbhəsində qazanılan uğurlar təmin edir. Bu məsələdə üstünlüyümüz hazırda dünyanın müxtəlif ölkələrində təhsil alan 10 minə yaxın azərbaycanlı gənc və xaricdə yaşayan həmvətənlərimizdən isə xeyli dərəcədə asılıdır. Dünyanın dörd bir yanında aparılan informasiya müharibəsində ölkəmizin qalib gəlməsi təkcə hökumətin işi olmamalıdır. Milli maraqlar səviyyəsinə qaldırılmalı olan bu siyasətin uğurla həyata keçirilməsində isə xaricdə yaşayan və təhsil alan vətəndaşlarımızın üzərinə daha çox ağırlıq düşür. Belə ki, xarici universitetlərdə təhsil alan gənclərimiz universitetin tələbə və professor heyəti ilə birbaşa ünsiyyət imkanına sahib olurlar ki, bu da Azərbaycan həqiqətlərinin bilavasitə beynəlxaq ictimaiyyətin nəzərinə çatdırılması deməkdir. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) baş katibi Əbülfəz Şeydabəyovun sözlərinə görə, azərbaycanlı gənclərin üzərinə bu gün olduqca böyük yük düşür ki, bu da Azərbaycanın müsbət imicini tanıtmaqdır: “Bu imicin öncə mədəniyyət günləri ilə, biz kimik, bizim dərin mədəniyyətimizin təbliği, kim olmuşuq, bizim coğrafiyadakı mövqeyimiz tanıdılandan başlamalıdır. Məhs bundan sonra, ikinci mərhələdə artıq Azərbaycanın həqiqətlərini, inkişaf edən Azərbaycanın qarşısında olan erməni təcavüzünü və bu böyük maneənin dünyaya tanıdılmasıdır”. Fransada erməni diasporunun güclü olduğunu deyən Paris Universitetinin tələbəsi Mövlud Möhbalı bu səbəbdən Azərbaycan gənclərinin bu ölkənin kütləvi informasiya vasitələri ilə Azərbaycanın problemləri barədə siyasi məqalələrin dərc edilməsində böyük problemlərlə qarşılaşdığını deyib. Onun sözlərinə görə, onlar Azərbaycan barəsində əldə olunan bütün məqalələri Fransa mətbuatına ötürürlər: “İstər bu Fransanın məşhur qəzetlərindən biri olan “Le Pold” olsun, istərsə də digər “Fiqaro” qəzeti olsun, biz ora məqalələr veririk. Yəni bu gün fransızlar Azərbaycanla maraqlanırlar. Onlar əsasən ölkəmizin mədəniyyət mövzusuna maraq göstərirlər. Amma siyasət mövzusuna girdikdə, heç bir kütləvi informasiya vasitəsi bizi qəbul etmir. İstər Xocalı aksiyasının tanıtımı baxımından, biz bu qəzetlərə nə qədər məlumət göndərdik, bu haqda heç bir televiziya da çəkiliş aparmadı”. Müharibə şəraitində yaşayan ölkəmiz haqda həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması bu gün həmişəkindən daha vacibdir. İqtisadi sahədə bir sıra uğurlar əldə edən Azərbaycan hələ də həll edilməmiş problemlər ətrafında var-gəl edir ki, bunlardan ən böyüyü Dağlıq Qarabağ problemidir. Hər zaman “Sülh olmazsa, müharibə” şüarı ilə qonşu Ermənistanla diplomatik müharibə aparan Azərbaycanın yalnız siyasi sahədə deyil, bir ölkənin beynəlxalq arenada daha da tanınması üçün lazım olan başqa sahələrdə də öz sözünü deməlidir. Bunun üçün isə xaricdə təhsil alan gənclərimiz təhsillərinə xələl gətirməyəcək dərəcədə ölkəmizin təmsil olunmasında aparıcı rol oynamalıdır.

//Ans Press

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir