“Gənclər kitab oxuyur”

“Gənclər kitab oxuyur”
GƏNCLİK
13:35 11.04.2017
1534

 

Azercell Telekom yeni layihəyə start verir

 

Əlinə kitab alıb otağın bir küncündə yerini rahatlayıb oxuyan insanların sayı get-gedə azalır. Buna səbəb vaxt çatışmazlığı, üstündə kitab daşımaq həvəsinin olmaması, yorğunluq və digər amillər ola bilir. Digər tərəfdən də, yeni texnologiyalar, müasir cihazlar, ən əsası isə İnternet həyatımıza elə sürətlə daxil olub təməl salır ki, köhnə faydalı vərdişlərə artıq vaxt qalmır. Odur ki, bütün bu məqamları nəzərə alaraq, Azercell Telekom mütaliə sevərlər üçün yeni bir layihəyə başlayır. "Gənclər kitab oxuyur” adlı yeni layihə çərçivəsində oxu günləri təşkil ediləcək. Layihə gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyur. Oxu günlərində Azercellin 2 il bundan əvvəl istifadəyə verdiyi Bookmate tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən "Starbucks Azerbaijan”nın Gənclik Mall-da yerləşən kafesində oxunacaq. Qeyd edək ki, qiraətçilər öncədən gənclər arasında müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqənin şərtlərinə dair ətraflı məlumat Azercell-in rəsmi Facebook səhifəsində yerləşdiriləcək.

Məlumat üçün bildirək ki, Azercell ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən Bookmate əlavəsi sayəsində bütün Azercell abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. Azercell-in təqdim etdiyi mobil kitabxanada 690 000-dən artıq kitaba çıxış təmin olunub.

Beləliklə, "Gənclər kitab oxuyur” layihəsinin qiraətçilərindən biri olmaq istəyirsinizsə, Azercell-in rəsmi Facebook səhifəsini izləyin, müsabiqəyə qatılın və layihənin gedişatından daim xəbərdar olun!

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni

əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
11:28 21.10.2025
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
11:26 21.10.2025
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
11:18 21.10.2025
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
11:17 21.10.2025
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
11:14 21.10.2025
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
11:08 21.10.2025
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
Yavər Camalovun gəlini vəfat etdi
11:05 21.10.2025
Yavər Camalovun gəlini vəfat etdi
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
11:02 21.10.2025
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
11:00 21.10.2025
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
10:52 21.10.2025
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
10:42 21.10.2025
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
10:41 21.10.2025
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
10:23 21.10.2025
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
10:23 21.10.2025
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
10:16 21.10.2025
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
10:11 21.10.2025
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir