Gənclər nəyə görə boşanır? - Psixoloq səbəbləri açıqladı

SAĞLAMLIQ
16:02 14.02.2019
4093
 
Bu gün statistikaya görə boşanmaların sayı sürətlə artır. Bəs görəsən gənclər nəyə görə boşanır? 
 
Tanınmış psixoloq Buşra Kaya AZXEBER.COM-a açıqlamasında boşanmanın səbəbləri haqda danışıb: "Boşanma prosesin nəticəsidir. Ona görə mən bu gün bu prosesin lap əvvəlinə toxunmaq istəyirəm. Boşanmaların qarşısını almaq üçün gənclərin psixologiyasını nəzərə almalıyıq, təlimlər təşkil etməliyik, gücümüzün çatdığı qədər onları maarifləndirməliyik. 

Gənclərin ailəyə baxışlarını formalaşdırmalıyıq. Evlilik bir komanda çalışmasıdır. Komandanın üzvləri isə ailə quran iki insandır. Gənclər hər şeydən əvvəl özlərini tanımalıdırlar. Məntiqi və emosional tərəfdən özlərini analiz etməlidirlər. İnsan özünü tanımalıdır ki, necə bir insana uyğunlaşa biləcəyi haqqında təəsüratı olsun. Öz gözləntilərini dərk etməli, gözləntilərini nə qədər nəzarət altında saxlaya biləcəyini dərk etməlidir. Və ən əsası da sərhədlər daxilində dəyişə bilməyi qəbul eləməlidir. Amma qarşısındakını dəyişdirmə gözləntisindən uzaq olmalıdır. Çünkü insan dəyişə bilər, amma dəyişdirilə bilməz. Yeni ‘Ailə qurandan sonra düzələr, sən onu düzəldərsən, özünə bağlayarsan narahat olma!’ bu düzgün yanaşma deyil. 

Ailə quracaq gənclərin təhsil səviyyəsi bir-birinə uyğun olmalıdır, onlar yaxın intelektüal səviyyəyə malik olmalıdırlar. Dostluğun olmadığı, söhbətin yaranmadığı evlilik ləzzətli olmaz. Cütlüklər bir-birindən elektrik almalıdırlar. Bundan əlavə ailələrin adət-ənənələri, maddi vəziyyətləri birbirinə uyğun olmalıdır.

Ailə bir-birini istəyən iki insanın bir araya gəlməsi yaxud ailələrin qərarlaşdırdığı iki insanın birliktə yaşamağa başlaması deyil. İki insanın uzun müddətli bir səfərə çıxması və bu səfərdə əmələ gələn problemləri birgə həll etmək və başqa həyatların (uşaqların) məsuliyyətini daşımaq məqsədinə yiyələnməkdir. Ailə yaxşı insanların bir araya gəlməsi deyil, bir-birini tamamlayan insanların birlikdə olmasıdır. 

Bir filosof deyir: ailə iki nəfərin bir-birinə baxması deyil, iki nəfərin eyni istiqamətə baxmasıdır. Bu sözdə gücləndirmək istədiyim fikir odur ki; ailə məfhumunu quran insanların oxşar maraqları və oxşar həyati dəyərləri olmalıdır. Evlilik paylaşmaqdan ibarətdir. Buna görə də sağlam bir ailənin qurulması üçün sevgiyi 2-ci növbəyə salmaq lazımdır. İnsan qarşısındakinə ‘onu sevirəm’ hissi ilə baxanda səhvə yol vermə ehtimalı güclənir. Məntiqi səviyyədə qiymətləndirəndə isə; real nəticələr çıxarmağımıza kömək eləyir. Və məntiqi səviyyədə uyğunlaşanda sevgi daha real, tarazılıqlı və uzunmüddətli yaranır.

Amma qeyd etmək istəyirəm ki, hər dərmanın dozası olduğu kimi, həyatdaki bütün məqamların da dozası, tarazılığı olmalıdır. Yəni, dərmanın dozasını az qebul edəndə tesiri olmadığı kimi, çox qəbul eləyəndə də insanı zəhərləyir. Demek istəyirəm ki, iki insanın təkcə məntiqi səviyyəsinin, həyati dəyərlərinin oxşar olmağı ideal ailə qurması üçün kifayət olmur. Dozasında məntiq, dozasında sevgi ideal ailənin formuludur.

Ayrıca ailənin qurulmasında valideynlərin rolları danılmazdır. Ailələr övladlarının düzgün seçim eləməsinə kömək eləmək üçün təcrübələrini, fikirlərini, istəklərini bölüşməlidirlər. Bu qərar təkcə valideynlərin yaxud atanın yox, valideyn ilə övladın ortaq qərarı olmalıdır. Hər insanın bir həyatı var. Məqsəd ‘Yaşı keçir, ailə qurmaq lazımdır!’ yox, sağlam və xoşbəxt ailə qurmaq üçün çalışmaqdır. 

OXŞAR XƏBƏRLƏR