Aprelin 20-si "Gənclərin Maarifləndirilməsinə Kömək" İctimai Birliyinin təşkilatçılığı və "Aygün city", "Pause Production", "Red Bul"un dəstəyi ilə "Onları Unutmayaq" adlı parti keçirilib.AZXEBER.COM-un məlumatına görə, xeyriyyə məqsədi ilə təşkil olunmuş partiyə bir çox müğənni və DJ-lərdə öz ifaları ilə dəstək olub. "Gənclərin Maarifləndirilməsinə Kömək" İctimai Birliyinin sədri İlkin Abdiyev gənclər qarşısında çıxış edərək bildirib ki, bu cür tədbirlər mütamadi olaraq təşkil olunacaq.Qeyd edək ki, partidə 400-ə yaxın gənc iştirak edib.