Təşkilatın mətbuat xidmətinin rəhbəri Röya Qarabağlının AZXEBER.COM-a verdiyi məlumata görə, bu səfərin məqsədinin istər sülh, istərsə də müharibə yolu ilə torpaqlarımızın geri qaytarılması üçün gəncləri səsləmək olduğu bildirilib.
Təşkilatın rəhbəri Rəşad Zeynallı isə, illik hasabatı və gələcəkdə görüləcək işlər barəsində də məlumatı Qarabağda verib.
Qeyd edilib ki, Gənclərin İnkişaf Mərkəzi digər təşkilatlardan fərqli olaraq ilk dəfə buranı ziyarət edən gənclər təşkilatıdır.