"Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz hissəsidir"

GƏNCLİK
16:22 02.02.2022
969
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi sosial-ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır.  
         
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında, onların vətənpərvər ruhda tərbiyə almasında dərin izlər buraxmışdır. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi, təhsil problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar imzalanmışdır. Ulu öndər Heydər Əliyev gənclərimizi Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi.
         
Məhz ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunmuş və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilmişdir. Keçən dövr ərzində icra olunan Dövlət Proqramları, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi sayəsində gənclərimizin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə böyük irəliləyişlərə nail olunmuşdur.
         
Məlumat üçün qeyd edirik ki, 2021-ci il üzrə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonumuzda gənclər və idman sahəsində ümumilikdə 154 tədbir, onlardan 105-i gənclər, 36 tədbri isə idman sahəsində həyata keçirilmişdir. Tədbirlərdə ümumilikdə 7 mindən çox yeniyetmə və gənc iştirak etmişdir. Tədbirlərimizin əsas məqsədi yeniyetmə və gənclərin milli-vətənpərvər ruhda tərbiyə alması, intellektual inkişafı və rayonumuzun, ümumilikdə isə ölkəmizin həyatında fəal gənc kimi yetişməsi olmuşdur. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı olduqca böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Prezident cənab İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışıb, onların Vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirib. 
       
Hər olduğu kimi bu il də 2 Fevral–Azərbaycan Gəncləri Günü böyük ruh yüksəkliyi ilə qeyd edilir. Tarixi ulu öndər Heydər Əliyevin Azərbaycan gəncləri ilə genişmiqyaslı taleyüklü görüşündən – Gənclərin I Forumundan başlayan bu gün ölkəmizdə gənclərə göstərilən diqqətin əyani sübutudur. Ümumilli lider Heydər Əliyev gənclər gününü Azərbaycan tarixinə yazmaqla həmişəlik gənclərin ölkə həyatında vacib rolunu,  vətənimizin inkişafında gənc nəslin xüsusi yerini müəyyənləşdirmişdir.
         
Bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.
           
Dövlət gənclər siyasəti sahəsində islahatların həyata keçirilməsi, yeni tələblərə cavab verən təhlillərə əsaslanmış idarəetmə, bütün səviyyələrdə işin əlaqələndirilməsi və strateji planlaşdırma 2022-ci ildə daha da planlı şəkildə, yeni ideyalarla davam etdiriləcəkdir. Yeni qədəm qoyduğumuz ildə bizi gənclərin iştirakı ilə mühüm və məsul işlər gözləyir. İnanırıq ki, qalib xalqın gəncləri olaraq bu işlərin də öhdəsindən inamla gələcəyik.
         
Son illərdə qazandığımız uğurlar bir daha deməyə əsas verir ki, ölkəmizdə Ali Baş Komandan cənab İlham Əliyevin birbaşa rəhbərliyi və qayğısı ilə həyata keçirilən gənclər siyasəti öz hədəflərinə çatmışdır.
         
Bu gün Binəqədi gəncləri olaraq əmin edirik ki, ölkəmizin inkişafı və birliyi naminə, sərhədlərimizin toxunulmazlığı və bütövlüyümüz uğrunda bundan sonrakı dövrdə də əlimizdən gələni edəcək və müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında daha sıx birləşəcəyik!
           
2 Fevral–"Azərbaycan Gəncləri Günü” ilə bağlı bütün gəncləri təbrik edir, onlara gələcək fəaliyyətlərində və ölkəmizin inkişafı naminə gördükləri işlərdə uğurlar arzulayırıq!

Namiq Tarverdiyev,
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb