Gənclər təşkilatı 61 məktəbdə inklüziv təhsilə dəstək verir

GƏNCLİK
17:07 30.10.2014
2158

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi Ağcabədi rayon Təhsil Şöbəsi ilə birgə Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının baza prinsiplərinin təbliği məqsədilə silsiləli tədbirlərə başlamışdır. 

AZXEBER.COM xəbər verir ki, Ağcabədi rayonunda həyata keçiriləntədbirlər çərçivəsində müəllim heyətinə kurikulumların inkişafı istiqamətində xarici ölkələrin müsbət təcrübəsi və metodologiyası tədris olunur.

Xatırladaq ki, cari ildən etibarən Mərkəz Təhsil Strategiyasının müvafiq istiqamətinə uyğun olaraq, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional mərkəzlərin yaradılmasına başlamışdır.Beləki, Mərkəzin nəzdində yaradılan və fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzişagirdlərin keyfiyyətli və əhatəli təhsil alması üçün formal və qeyri-formal təhsil prosesini həyata keçirəcəkdir.

Qeyd edək ki, keçirilən tədbirlərdə İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin Ağcabədi rayonunda yerləşən 61 orta ümumtəhsil məktəbində bölmələrinin yaradılması və onlar vasitəsilə Təhsil Strategiyasının uğurla həyata keçirilməsinə dəstək verilməsi baərdə razılığa gəlinmişdir.

OXŞAR XƏBƏRLƏR