xari

Gənclər təşkilatı Gəncədə 10 günlük təlimlərə start verdi

GƏNCLİK
16:20 27.06.2019
3371
Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən həyata keçirilən "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” ümumrespublika marafonu çərçivəsində növbəti 10 günlük təlimlər Gəncə şəhərində davam etdiriləcək.

AZXEBER.COM xəbər verir ki, ilk tədbir Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisində təşkil olunub. Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaş yönümlü prinsiplər əsasında təşkil olunmasını təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır.

Tədbirin davamında Gənclər üçün Təhsil Mərkəzi (GTM) Gəncə Regional ofisinin,həmçinin marafonun Gəncə şəhərindəki koordinatoru Gülnar Məmmədova Mərkəzin Gəncə şəhərində fəaliyyəti və nəzdində fəaliyyət göstərən klublar haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” ümumrespublika marafonunun təlimçisi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera istiqamətində təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edir.

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər təkcə paytaxt Bakıda deyil, o cümlədən Azərbaycanın bölgələrində də keçiriləcək.
 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:41 15.01.2021

BMT-nin baş katibi və sədri peyvənd olacaq

23:25 15.01.2021

Tanınmış aparıcı Mikayılın verilişi bağlandı, özü isə…

22:53 15.01.2021

Faiq Ağayev "Sən qalibsən” mahnısının klipini təqdim etdi - VİDEO

22:35 15.01.2021

Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı - FOTO

22:23 15.01.2021

Vilayət Eyvazovdan yeni TƏYİNAT

21:54 15.01.2021

Qənirə Paşayeva “Qarabağ” Ordenli şəhid mayorun xanımı ilə görüşüb

21:28 15.01.2021

Azərbaycan XİN:"Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir"

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub