Gənclər təşkilatı Heydər Əliyevin gənclər siyasətini müzakirə etdi

GƏNCLİK
23:00 12.12.2011
2561
Bu gün Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyinin qərargahında (GEMİ) “Heydər Əliyevin gələcəyə hesablanan gənclər siyasəti” mövzusunda seminar təşkil edilib.GEMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, 50-yə yaxın gəncin iştirak etdiyi tədbirdə əsas məruzəçi qismində təşkilat sədri Sərdar Yusifoğlu çıxış edib:“Bu gün xalqımızın tarixində ən ağır günlərdən biridir. Ümumilli liderimiz Heydər Əliyevin əbədiyyətə qovuşduğu bu gün, heç zaman gənclərimizin hafizəsindən silinməyəcək. Ölkənin çətinliklər, ərazi işğalı, hərc-mərclik və qarşıdurmalar içində boğulduğu bir zamanda Heydər Əliyevin siyasi meydana yenidən qayıdaraq prosesləri nəzarətə alması, ölkəmizi qardaş qırğını və parçalanmadan xilas etməsi böyük bir qəhramanlıq kimi dəyərləndirilməlidir”.SSRİ dövründə AKP MK-nın 1-ci katibi olduğu zamanlarda Heydər Əliyevin başladığı islahatların 1990-cı illərdə də uğurla getdiyini, hazırda isə bu kursun İlham Əliyevin idarəçiliyi altında mütərəqqi surətdə davam etdirildiyini deyən S.Yusifoğlu gənc alimlər, müəllimlər və fəal gənclər üçün yaradılmış şəraitdən söz açıb.Onun sözlərinə görə, təhsil sahəsində modernçilik, Qərbə inteqrasiya, dərsliklərin sadələşdirilməsi, Boloniya prosesi Heydər Əliyevin gənclərə yönəlik siyasətində həmişə prioritet sayılıb.Tədbirdə çıxış edən Gənclərin Maariflənməsinə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Rüfət Cavadzadə də öz növbəsində qeyd edib ki, dövlət quruculuğu və bu dövlətin gənclərə layiqli miras kimi qalması naminə Ulu Öndər əvəzsiz xidmət göstəribO vurğulayıb ki, konstitusiyanın yaradılması, elm, təhsil, gənclər, idman, mədəniyyət və bir çox sahələrdə saysız-hesabsız sənədlərin, fərmanların, dövlət proqramlarının mövcud olması Heydər Əliyevin Azərbaycan gəncliyi və onun gələcəyinə biganə qalmadığına dəlalət edir.Daha sonra Heydər Əliyev haqqında film və müxtəlif illərə aid şəkillərdən ibarət “slayd” nümayiş etdirilib.Tədbirdə iştirak edən digər gənc liderlər və fəal tələbə-gənclər də çıxış edərək, Heydər Əliyevin gənclərin yaddaşında daim yaşayacaqlarını vurğulayıblar. Tədbir fikir mübadiləsi şəklində davam edib.

OXŞAR XƏBƏRLƏR