01:10 Bazar Ertəsi, 18 Noyabr 2019
GƏNCLİK

Gənclər təşkilatının təşəbbüsü ilə Şirvanda koordinasiya görüşü keçirildi

14:50, 14.11.20185264
Gənclər təşkilatının təşəbbüsü ilə Şirvanda koordinasiya görüşü keçirildi
Şirvan şəhər Gənclər Evində Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü Unicef-in Azərbaycan ofisi və Şirvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə koordinasiya qrupunun görüşü keçirilmişdir.

Mərkəzin koordinatorluğu ilə "İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində dövlət qurumlarının iştirakı ilə yaranan koordinasiya şurasının əsas məqsədi uşaqlar və ailələr ilə sosial işin təşkili və əlaqələndirmə mexanizminin qurulması, qanunla ziddiyyətdə olan, zorakılığa məruz qalan uşaqların sosial reabilitasiyası, təhsil,asudə vaxt və mədəni fəaliyyətini təmin etməkdir.

Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Aran regional ofisinin rəhbəri Yusif Poladov Mərkəzin son iki ayda uşaq və yeniyetmələrin mülki hüquq və azadlıqlarının təmin olunması, regionda uşaqların ən ümdə maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər planı haqqında iştirakçıları məlumatlandırdı. Daha sonra çıxış edən Unicef-in əməkdaşı Vüqar Salmanov sosial işin və sosial xidmətin təlimatları barədə nəzərdə tutulan standartlar haqqında təqdimat etdi. Görüşdə koordinasiya qrupunun üzvləri olan Şirvan şəhər İcra Hakimiyyətinin, şəhər Polis şöbəsinin, şəhər Mərkəzi xəstəxanasının, Şirvan şəhər Dövlət Sosial Müdafiə Fondunun, Təhsil şöbəsinin əməkdaşları iştirak etdi .

Koordinasiya qrupunun görüşü çərçivəsində müxtəlif qurumların iştirakı ilə yaranan təşəbbüs qrupu uşaqların müdafiəsi , ailələrlə və uşaqlarla sosial işin təşkili sahəsində birgə sistemli fəaliyyət göstərəcəklər.
XƏBƏR LENTİ