Gənclər Təşkilatları əlaqələr və təmsilçilik imkanlarının genişləndirilməsi üçün bir araya gəliblər - FOTO

GƏNCLİK
12:10 09.08.2023
1631
Şamaxı rayonunda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən elan edilən "Beynəlxalq fəaliyyətlər ayı” çərçivəsində 45 gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirakı ilə üç gün boyunca davam edən "Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” layihəsi yekunlaşıb.

Proqrama uyğun olaraq NAYORA-nın sədri Azər Əliyevin nitqi ilə açılış mərasimi başlayıb, iştirakçıların şəbəkələşməsi üçün komanda quruculuğu oyunları ilə gün davam edib.

Günün ikinci yarısı "Sağlam düşüncə” Gənclər Təşkilatının sədri Sevinc Qasımova tərəfindən "Beynəlxalq tədbirlərin araşdırılması və uğurlu müraciət prosesi” mövzusunda interaktiv təlim sessiyası keçirilib, iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə proqram yekunlaşıb.

Layihənin ikinci günü məhsuldar görüşlərlə yadda qalıb. Belə ki, AR Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbovun təqdimatında "Gənclər Fondunun gənclər üçün yaratdığı beynəlxalq imkanlar” mövzusu ikinci günün ilk müzakirə mövzusu olub. Daha sonra NAYORA katibliyi tərəfindən beynəlxalq təmsilçilikdə etik kodeks təqdim edilib. Həmçinin, NAYORA-nın baş katibi Ramin Həbibzadə və proqram meneceri Jalə Həsənovanın moderatorluğu ilə "A-dan Z-yə beynəlxalq təmsilçilik” vörkşopu keçirilib.

Günün növbəti görüşü "BMT-də gənclər üçün yaradılan fürsətlər və informasiya savadlılığının gənclərin inkişafında rolu” mövzusunda BMT-nin Azərbaycan nümayəndəliyinin məlumatların idarə olunması üzrə məsul şəxsi Gülər Fətəli ilə keçirilib. Daha sonra isə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumun Avrasiya Regional Mərkəzinin baş direktorunun icraçısı Vüsal Qurbanov tərəfindən "Beynəlxalq təşkilat, qurumlarla düzgün kommunikasiya kanallarının müəyyənləşdirilməsi və əlaqələrin qurulması” mövzusunda sessiya baş tutub.
Qeyd edək ki, layihənin sonuncu günü "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin proqram meneceri Əli İsgəndərli və "Milli debat” proqramının təlimçisi Tərlan Kərimov tərəfindən "Beynəlxalq təmsilçilik” debat simulyasiyası keçirilib və bununla da layihə yekunlaşıb. Sonda iştirakçılar sertifikatla təltif olunublar.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilib.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb