Gənclər təşkilatları əməkdaşlıq memorandumu imzaladı

GƏNCLİK
16:18 22.02.2019
2676
Gənclər üçün Təhsil Mərkəzi və "Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi birgə fəaliyyət çərçivəsində regionlarda maarifləndirici tədbirlərin keçirilməsi, mövcud resursların istifadəsinin səmərəliliyini artırmaqdır.

AZXEBER.COM xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə rəhbərlik etdiyi təşkilatın regional ofislərində Aqrar könüllüləri ilə birgə fəaliyyətə başladıqlarını vurğulayaraq yaxın müddətdə bu istiqamətdə regional forumların həyata keçiriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, gənclərə daha faydalı olmaq üçün ümumrespublika gənclər təşkilatları olaraq bütün səylərimizi birləşdirməliyik.

"Aqrar İnkişaf Könüllüləri” Təşkilatının rəhbəri Sarvan Cəbrayılzadə bildirmişdir ki, bizlər bugünümüz üçün yox, həm də sabahımız üçün yaşamalıyıq, bizdən sonrakı nəsillərə hər addımımızla nümunə olmalıyıq. Bizlər də bu yolda müxtəlif dəyərləri daha böyük əzmlə daşıya bilmək üçün hər zaman tərəfdaşlığa, əməkdaşlığa hazırıq. Bu gün, Gənclər üçün Təhsil Mərkəzi və "Aqrar İnkişaf Könüllüləri" təşkilatı arasında bağlanmış əməkdaşlığa dair memorandum da bu qəbildəndir.

Memorandum "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Sarvan Cəbrayılzadə və Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə tərəfindən imzalanmışdır.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:45 12.07.2020

"Düşmənə ağır və sarsıdıcı zərbə endirilib" — Müdafiə nazirinin müavinindən açıqlama

20:42 12.07.2020

Bakıda iki dost güllələndi

20:30 12.07.2020

Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxdu

19:51 12.07.2020

Azərbaycan - Ermənistan sərhədindəki düşmən təxribatı Türkiyə mətbuatında - VİDEO

19:38 12.07.2020

“Bütün məsuliyyət Ermənistanın üzərinə düşür” - Xarici İşlər Nazirliyindən açıqlama

19:28 12.07.2020

AzTv şəhidlərimizə görə konsert proqramını təxirə saldı

18:55 12.07.2020

Müdafiə Nazirliyi: “Hər hansı ərazi itkisinə yol verilməyib”

18:45 12.07.2020

Prezidentin köməkçisindən cəbhədəki ən son vəziyyətlə bağlı - AÇIQLAMA

18:24 12.07.2020

Məşhur aktrisa və qızı koronavirusa yoluxdu

17:56 12.07.2020

Azərbaycanda COVID-19-la bağlı aparılan testlərin sayı 568 mini ötdü

17:38 12.07.2020

Azərbaycanda daha 520 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

17:28 12.07.2020

Azərbaycan ordusu düşməni geri çəkilməyə məcbur etdi: İki nəfər şəhid oldu, beş yaralı var - RƏSMİ

16:55 12.07.2020

Qazaxda minik avtomobili TIR-a çırpılıb, xəsarət alanlar var

16:20 12.07.2020

Müdafiə Nazirliyi: Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var

16:12 12.07.2020

Hafiz Paşayevin həyat yoldaşı vəfat etdi

15:55 12.07.2020

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışdı