Gənclər təşkilatları Gənclər Gününün 27-ci ildönümünü qeyd edib - FOTOLAR

GƏNCLİK
19:42 03.02.2024
3236
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbirlər keçirilib.

AZXEBER COM xəbər verir ki, proqrama əsasən NAYORA-nın üzv təşkilatlarının rəhbərləri və yüzlərlə gəncin iştirakı ilə Fəxri Xiyabana ziyarət təşkil olunub, Ulu öndərin məzarı önünə gül dəstələri qoyulub.
Tədbirlər silsiləsi çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) təşəbbüsü, Azərbaycan Respublikası Gənclər Fondunun (AzGF) tərəfdaşlığı, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə "Gənclər Həftəsi" çərçivəsində #BirkimiBirlikdə -  Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumu həyata keçirilib.

Forumun rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov açılış nitqini səsləndirib. O, çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürüdür ki, fevral ayının 2-si respublikamızda Gənclər Günü elan olunmuşdur. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxış zamanı GİN tərəfindən gənclər təşkilatları üçün elan ediləcək qrant layihələr haqqında məlumat verilmiş və təşkilat nümayəndələrinin sualları cavablandırılıb.

Daha sonra Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifələrini icra edən Qədir Xəlilov və NAYORA-nın sədri Rafael Hacıbəyli çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, gənclərin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını bildiriblər. Çıxışlar zamanı gənclər təşkilatları ilə birgə gənclərin inkişafını dəstəkləyən və onlara faydalı olacaq yeni layihələrin icrası haqqında məlumat verilib, gənclər təşkilatlarında yaradılan yeni imkanlar qeyd edilib, eləcə də gənclərin inkişafı üçün möhkəm zəmin yaratmağın, əməkdaşlıq təşəbbüslərini artırmağın vacibliyindən bəhs edilib. Həmçinin, çıxışlarda bütün gənclər təşkilatları nümayəndələrinə və gənclərə seçki prosesində fəal iştirak etməyə çağırış edilib.

Rəsmi hissənin sonlandırılmasının ardınca proqrama əsasən iştirakçılar arasında interaktiv şəbəkələşmə fəaliyyəti -  komanda quruculuğu oyunları, təcrübə və resurs mübadiləsi, ARGMTŞ-nin kollektiv vizyon tədbiri  və yeni elan ediləcək qrant layihələr üçün ixtisaslaşma sahələri üzrə bölünmüş təşkilatların masa ətrafında təkliflərinin hazırlanması ilə bağlı işlər icra edilib.

Silsilə tədbirlər sırasında həmçinin, Gənclər həftəsi çərçivəsində üzv təşkilatların dəstəklənməsi məqsədilə Avropa Gənclər Parlamenti Azərbaycanın Bakı Şəhər Seçki Sessiyası da baş tutub. Nəzərə çatdıraq ki, Şəhər Seçki Sessiyası üzv təşkilat olan Avropa Gənclər Parlamenti Azərbaycanın il ərzində keçiriləcək genişmiqyaslı tədbirlərindən biridir. 130 gənci bir araya gətirən tədbir fəal vətəndaşlıq, yeni çağırışlarda gənclərin rolu mövzularında olub. Tədbirin 15 ən yaxşı iştirakçısı yüksək bilik və iştiraklarına görə Avropa Gənclər Parlamentinin beynəlxalq tədbirlərində Azərbaycanı təmsil etmək hüququ qazanaraq Azərbaycanın beynəlxalq şəbəkədə lobbiçilik fəaliyyətinə töhfə verəcək və çıxışlar səsləndirəcəklər.










OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib