Gənclər Təşkilatları Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər - FOTOLAR

Gənclər Təşkilatları Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər - FOTOLAR
SOSİAL
16:42 12.12.2023
183
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. 

AZXEBER.COM xəbər verir ki, 12 dekabr tarixində gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirlərin davamı olaraq Azərbaycanın sabiq baş naziri Həsən Həsənovla Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Ulu Öndərin gənclər siyasəti modeli” mövzusunda görüş keçirilib. NAYORA-nın sədri Rafael Hacıbəyli açılış nitqi ilə çıxış edərək Ümummilli Liderin Azərbaycanın hər tərəfli tərəqqisi yolunda çoxşaxəli fəaliyyətindən və tarixi missiyasından, dövlət təhlükəsizliyinin və müstəqilliyinin qorunması yolunda verdiyi misilsiz tarixi xidmətlərdən söz açaraq, 30 ildən bəri işğalda olan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığa qovuşduğunu vurğulayaraq, bu gün Ulu Öndərin ruhunun şad olduğunu qeyd edib.

Görüş zamanı Həsən Həsənov Ulu Öndərin həyatını, zəngin dövlətçilik təcrübəsini, gənclər siyasətinin ərsəyə gəlməsində verdiyi böyük töhfələrdən danışaraq, onun Azərbaycanın xoşbəxt gələcəyini hər zaman gənclərdə gördüyünü diqqətə çatdırıb. Görüş qarşılıqlı disskusiya şəkilində davam edib.
Daha sonra Gənclər Təşkilatlarının Resurs Mərkəzində Milli Məclisin deputatı Bəhruz Məhərrəmovla "Gənclər təşkilatları arasında Ulu Öndərin irsinin təbliği” mövzusunda görüş keçirilib. Görüş Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla anımlası ilə öz işinə başlayıb. Görüş zamanı Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanın rifahlı gələcəyi üçün gənclərdən olan gözləntilər, onun əməllərinin davamçısı Prezident İlham Əliyevin ölkəmiz üçün xidmətlərindən geniş bəhs edilib, iştirakçıların çox saylı sualları cavablandırılıb.

Qeyd edək ki, silsilə fəaliyyətlərdən digər biri "Gənclər təşkilatlarının intellektual yarışı”olub. Yarış "Nə? Harada? Nə zaman?” formatında keçirilib. Suallar Ulu Öndərin həyatı, hakimiyyət dövrləri, Azərbaycanın müasir tarixi və ümumi dünyagörüşü suallarından ibarət olub. Birinci yerin qalibi "Böyük Qayıdış” Gənclər Təşkilatı kubok, ikinci və üçüncü yerləri öz aralarında bölüşən Cavan Gənclər Hərəkatı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi isə medal ilə təltif olunublar.
 












OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb