AZXEBER.COM xəbər portalının rəsmi "facebook" səhifəsində yeni sorğuya start verilib.
Sorğu son günlərin ən aktual məsələlərindən olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (ARGTMŞ) keçiriləcək seçkilərlə bağlıdır. 58.500 nəfərlik səhifədə start verilən sorğunun sualı isə belədir: Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri kim olsun? Səsvermədə 3 namizəd: “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Şahin Seyidzadə və Gənclər Təşkilatları Milli Şurasının baş katibinin müavini Mirhəsən Seyidov və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova iştirak edir. Qeyd edək ki, sorğu 22 iyun tarixinə qədər davam edəcək. Açıq səsvermənin nəticəsi mətbuata və ictimaiyyətə açıqlanacaq.. Siz də bu link daxil olaraq açıq səsvermədə iştirak edə bilərsiniz:
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri kim olsun?