Gənclər təşkilatları Prezident seçkilərində İlham Əliyevi dəstəkləyən bəyanat qəbul ediblər

GƏNCLİK
16:45 14.09.2013
1479

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresinin iştirakçıları bəyanat qəbul ediblər.

AZXEBER.COM xəbər verir ki, 200-dən artıq gənclər təşkilatlarını təmsil edən gənclər təşkilatlarının I Milli Konqresinin iştirakçıları Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin gücləndirilməsi, vətənimizin daha da çiçəklənməsi namimə üzərinə düşən tarixi və vətəndaş məsuliyyətini dərk edərək 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan İlham Əliyevin namizədliyini dəstəklədiklərinə dair bəyanat qəbul ediblər.Bəyanatda demokratik inkişaf yolunu tutmuş Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət xalqımızın rifahının yüksəldilməsinə, cəmiyyətin inkişafına və təhlükəsizliyinin təmin olunmasına istiqamətləndiyi vurğulanıb.Həmçinin qeyd olunub ki, əhalinin 30%-ni təşkil edən və cəmiyyətin fəal üzvləri olan gənclər də əldə olunan nailiyyətlərdən faydalanmaqdadırlar:“Aparılan dövlət siyasəti gənclərin daha keyfiyyətli və müasir təhsil almasına, fiziki sağlam olmasına, sosial cəhətdən təmin olunmasına yönəlib. Uğurla aparılan bu siyasətin nəticəsində ölkəmiz tək iqtisadi inkişaf templərinə görə deyil, eyni zamanda gənclər siyasəti sahəsində lider dövlətlərdən biridir.1993-cü ildə atılan uzaqgörən addımlar əsasında, son 10 il ərzində ölkədə strateji sahələr üzrə tarixi irəliləyişlər əldə olunub”.Konqres iştirakçıları eyni fikirdədirlər ki, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, gənclərin potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır:“Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gənclər siyasəti sahəsində müxtəlif qanunvericilik aktları, dövlət proqramları hazırlanır və həyata keçirilir.Dövlətin gənclərlə iş sahəsində apardığı siyasət müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlib” - deyə, bəyanatda bildirilib.

OXŞAR XƏBƏRLƏR