Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilib

Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilib
GƏNCLİK
13:45 14.09.2013
1452

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Gənclər Təşkilatlarının ilk dəfə Milli Konqresi keçirilib.

Gün.Az xəbər verir ki, konqresin məqsədi ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirmək, respublikada həyata keçirilən gənclər siyasəti haqqında müzakirələr aparmaqdır.Bakı şəhəri və ölkənin 11 regionundan (Beyləqan, Biləsuvar, Gəncə, İsmayıllı, Lənkəran, Quba, Şəki, Şirvan, Sumqayıt, Zərdab, Xırdalan) 200-dən artıq gənclər təşkilatının təmsil olunduğu konqresdə müxtəlif mövzularda panel görüşləri keçiriləcək. Sonda konqres iştirakçılarının adından bəyanatın oxunması gözlənilir.Qeyd edək ki, hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 240 gənclər təşkilatı fəaliyyət göstərir ki, bunlardan 104-ü ARGTMŞ-ın üzvüdür.Konqresin açılışında çıxış edən ARGTMŞ-ın sədri Şahin Seyidzadə bildirib ki, şura tərəfindən həyata keçirilən layihələrlə ölkənin gənclər siyasətinə dəstək verilir və bundan sonra da veriləcək.Şura sədri qeyd edib ki, konqres bundan sonra davamlı olaraq keçiriləcək və gənclər təşkilatlarını bir araya toplayacaq.Çıxış üçün söz alan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, son illər ölkə rəhbərliyi tərəfindən gənclər siyasətinə xüsusi diqqətin nəticəsində istər ölkədaxili, istərsə də beynəlxalq məkanda Azərbaycanın gənclər təşkilatlarının rolu artıb.A.Rəhimovun sözlərinə görə hazırda 30-dan çox beynəlxalq qurumda Azərbaycanın gənclər təşkilatı təmsil olunur:“Ölkənin ictimai həyatında gənclərin 5-7 faizi aktiv rol oynayır. Ümumiyyətlə ölkənin gələcəyi baxımından gənclərə xüsusi önəm verilir” - deyə, nazir söyləyib.Konqresdə iştirak edən BMT-nin Azərbaycanda prezident əlaqələndiricisi Antonius Broekin çıxışında bildirib ki, Azərbaycan hökuməti gənclərin tələbatına uyğun olaraq lazımi tədbirlər görür və bu, BMT tərəfindən də müsbət addım kimi dəyərləndirilir:“Gənclər üçün yaradılan imkanlar gələcəkdə ölkənin inkişafında öz müsbət nəticəsini verəcək. Biz də bu inkişafa dəstək vermək üçün istər Gənclər və İdman Nazirliyi, istərsə də müxtəlif Gənclər Təşkilatları ilə layihələr keçiririk.Biz bu əməkdaşlığı davam etdirmək istəyirik. BMT azərbaycanlı gənclərlə görüş keçirəcək və 2015-ci ildən sonrakı inkişaf mərhələsini müzakirə edəcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq