''Gənclər üçün 'həyati bilik və bacarıqları'

GƏNCLİK
15:35 30.05.2013
2134
«Gənclər üçün “həyati bilik və bacarıqları” proqramlarının tədrisi» layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.Layihənin məqsədi Gənclər arasında qeyri-ənənəvi metodlarla “həyati bilik və bacarıqları” proqramının tədris edilməsi yolu ilə onların inkişafına nail olmaqdı. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində Bakının müəyyən edilmiş 3 məktəbində Aktiv Gənclər Qruplarının yaradılması, “həyat bilik və bacarıqları” barədə geniş məlumatların əsas Aktiv Gənclər Qrupları arasında yayılması, gənclər arasında “həyat bilik və bacarıqları” sahəsində məlumatların qeyri-ənənəvi tədris vasitəsi ilə tətbiqi və layihə başa çatdıqdan sonra Aktiv Gənclər Qruplarının əldə etdikləri bilikləri öz yaşıdları arasında yayması kimi fəaliyyətlər həyata keçiriləcəkdi.Layihənin icrası zamanı “Münaqişəli vəziyyətlərin həlli”, “Xüsusi vəziyyətlərdə düzgün qərar qəbul etmək”, “Ətraf mühitlə əlaqələrin qurulması” və “Liderlik bacarıqlarının aşılanması” mövzularında təlimlər keçiriləcək, dinləyicilər arasında göstərilən mövzular üzrə interaktiv metodlar vasitəsi ilə məlumatlar çatdırılacaq. Treninqlər başa çatdıqdan sonra gənclər əldə etdikləri bilikləri tətbiq etmək məqsədli konkret fəaliyyətə başlayacaqlar. Onlar təhsil aldıqları təhsil ocaqlarında öz yaşıdları və daha ağaşı gənclər arasında “gəncdən gəncə” metodu ilə “həyati bilik və bacarıqları” barədə məlumat verəcəklər.Layihənin keçirildi məktəblərdə təlimlər keçmiş daha fəal şagirdlərin iştirakı ilə Bigrə Görüş təşkil ediləcəkdir. Orada iştirakçılar müxtəlif təlimlərdə əldə etdikləri bilikləri bölüşəcək, gələcək planları müzakirə edəcəklər. Həmçinin layihəni icrası zamanı təlimlərdə iştirak etmiş dinləyicilərin yerlədəki müfaviq təşkilat və müəssisələrə səfərlərin keçirilməsi nəzərdə tutulub. Həmin səfərlərin məqsədi təlimlərdə əldə etdiklər biliklərin təşkilat və müəssisələrdə tətbiqi sahəsində praktiki fəaliyyəti öyrənmək, müvafiq tədbirlər haqqında məlumatın icrasının müşahidəsi, bu sahədə digər lazımi informasiyanı əldə etməkdir.Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2013-cü ilin iyul ayında başa çatacaq.

OXŞAR XƏBƏRLƏR