Treninqlərin 120 gənci əhatə etməsi nəzərdə tutulmasına baxmayaraq tədbirə marağın böyük olması üzündən ümumilikdə treninqlərə 195 gənc qatılıb. Treninqlər zamanı “Gənc Sahibkarlar Klubu” İctimai Birliyinin sədr müavini Bəhruz Nəzərov “Məişət tullantılarını düzgün idarə edək!” layihəsinin nədən qaynaqlandığı barədə məlumat verib. Vaxtilə təbiətin özünün tullantıların zərərsizləşdirilməsinin öhdəsindən gələ bildiyini qeyd edən Bəhruz Nəzərov hazırda əhalinin sayının artması ilə məişət tullantılarının həcminin kəsin şəkildə artması, eləcə də sənayenin inkişafı ilə əlaqədar çoxlu miqdarda tullantıların ortaya çıxması ilə əlaqədar insanların özünün bu işdə səylərini gücləndirməsi zərurətini ortaya çıxarıb. Azərbaycan Respublikasında bu istiqamətdə həyata keçirilən işlər barədə məlumat verən Bəhruz Nəzərov ətraf mühitin qorunması baxımından məişət tullantılarının idarə olunması ilə bağlı gənclərin maarifləndirilməsinin əhəmiyyətini qeyd edb.
O Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Birləşmiş Millətlər Sənayenin İnkişafı Təşkilatının (UNİDO) Resurlara Qənaət və Daha Təmiz İstehsalat Nümayiş Proqramının ölkə üzrə Milli Koordinatoru Rauf Rzayev konkret fakt və rəqəmlərlə dünyada bu sahədəki vəziyytət barədə məlumat verib. O məişət tullantılarının zərərsizləşdirilməsi üsulları ilə ətraflı məlumat verərək Azərbaycanda bu sahədə görülən işlərin əhəmiyyətini vurğyulayıb. Dünya Bankının Azərbaycan nümayəndəliyinin Baş infrastruktur mütəxəssisi Hacı Hüseynov Azərbaycanda bu sahədə keçirilən işlərlə bağlı Dünya Bankının Azərbaycan hökuməti ilə əməkdaşlığı barədə ətraflı məlumat verib. Dünya Bankının Azərbaycan Nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayevin təqdimatında əvvəlki illərlə müqayisədə hazırda Azərbaycanda tullantıların zərəsizləşdirilməsi sahəsində vəziyyət və gələcək planlar barədə məlumat verilib. 4 gün ərzində keçirilən trreninqlərdə iştirakçıların fəallığı, onların verdiyi suallar tədbirləri daha maraqlı və yadda qalan edib.
Treninq iştirakçılarına “Məişət tullantılarını düzgün idarə edək!” təluimlərində iştirakı təqsdiqləyən sertifikatlar verilib, xatirə şəkli çəkilib.