Gənclər üçün Peşə Bələdçiləri yaradılacaq

Gənclər üçün Peşə Bələdçiləri yaradılacaq
GƏNCLİK
18:10 03.03.2025
6958

"İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə "Gənclərin Peşə Bələdçisi” layihəsinə start verilir.

İctimai Birliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək, onların motivasiyasını artırmaq, bacarıqları və əmək bazarı ehtiyacları arasında körpü yaratmaq üçün "gənclərin peşə bələdçilərini” formalaşdırmağı hədəfləyir.

Peşə təhsilli kadrlara müasir iş bazarında xüsusi ehtiyac olmasını, eləcə də gənclərin bu sahəyə marağının aşağı olduğunu nəzərə alaraq, layihə çərçivəsində 23-35 yaş aralığında 20 gənc lider və məktəb müəllimlərini - multiplayerləri seçərək onlar üçün iki aylıq intensiv təlimlər, 5 günlük düşərgənin təşkili və Lənkəran Peşə Təhsil Mərkəzinə "təhsil səfəri” də nəzərdə tutulmuşdur. Bu təlimlər peşə təhsilinin təşviqi, gənclərin bacarıqlarının kəşfi və motivasiyasının artırılması mövzularını əhatə edəcəkdir.

Təlim proqramı başa çatdıqdan sonra iştirakçılar paytaxt və bölgələrə göndəriləcək və burada təhsilini davam etdirə bilməyən qızlarla, məktəblilərlə və digər gənclərlə, eyni zamanda valideynlərlə birbaşa görüşlər keçirəcəklər. Bu görüşlərdə ilkin məlumat sessiyaları ilə yanaşı, fərdi diaqnostika, bacarıq kəşfi və peşə yönləndirmə sessiyaları təşkil ediləcəkdir.

Layihənin davamlılıq hissəsində, iştirakçılar bölgələrdəki gənclərlə qurulan əlaqələr vasitəsilə peşə təhsilinin əhəmiyyəti barədə məlumatlandırma prosesini davam etdirəcək, bəzən onlayn sessiyalar keçirərək dəstəyi davam etdirəcəklər.

Nəhayət, layihəyə cəlb olunmuş tərəfdaşların vasitəsi ilə maarifləndirmə prosesinin uzun müddət davam etməsi, eləcə də peşə təhsili marağında olan gənclərin dəstəklənməsi davam edəcəkdir.

Müraciət etmək istəyən şəxslər 10 mart tarixinədək qeydiyyatdan keçə bilər: https://forms.gle/6HcFrfydWpg3deuY9

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağça müdirlərinin diaqnosik qiymətləndirilməsi keçiriləcək
17:40 16.10.2025
Bağça müdirlərinin diaqnosik qiymətləndirilməsi keçiriləcək
Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var
17:28 16.10.2025
Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı
17:07 16.10.2025
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
16:59 16.10.2025
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO
16:14 16.10.2025
Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO
Bu da Ramiz Mehdiyevin dəbdəbəli villası - VİDEO - FOTO
16:14 16.10.2025
Bu da Ramiz Mehdiyevin dəbdəbəli villası - VİDEO - FOTO
Prezident: Fransa ilə Azərbaycan arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16:05 16.10.2025
Prezident: Fransa ilə Azərbaycan arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
16:00 16.10.2025
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir
15:53 16.10.2025
Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir
Ajda Pekkan yeni reklamdan 40 milyon qazanacaq
15:40 16.10.2025
Ajda Pekkan yeni reklamdan 40 milyon qazanacaq
DTX-nın saxladığı sabiq diplomata hökm oxundu
15:27 16.10.2025
DTX-nın saxladığı sabiq diplomata hökm oxundu
Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
15:23 16.10.2025
Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
Ramiz Mehdiyevin dövlət çevrilişi planı belə ifşa edilib - ŞOK FAKTLAR
15:16 16.10.2025
Ramiz Mehdiyevin dövlət çevrilişi planı belə ifşa edilib - ŞOK FAKTLAR
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
15:12 16.10.2025
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
"Tiktok"er İlhaməyə həbs qərarı verən hakimin işinə xitam verildi
15:11 16.10.2025
"Tiktok"er İlhaməyə həbs qərarı verən hakimin işinə xitam verildi
Dimaşın Meksika konsertinin biletləri 8 dəqiqədə tükəndi - Rekordunu yenilədi
15:10 16.10.2025
Dimaşın Meksika konsertinin biletləri 8 dəqiqədə tükəndi - Rekordunu yenilədi