“Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” başa çatıb

GƏNCLİK
17:52 25.06.2023
1992
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən "Kür Hotel”də "Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” başa çatıb.

Proqrama əsasən təlimçilər Orxan Şahbazın təqdimatında "Rəqəmsal beynin yaradıcı inkişafı", Fərid Məhərrəmlinin təqdimatında "Rəqəmsal marketinq və markaların rəqəmsallaşması", Vüqar Cəfərovun təqdimatında "Rəqəmsal maliyyə texnologiyaları" mövzusunda təlimlər, AEİNF-nin nümayəndələri tərəfindən "Virtual reallıq" ilə bağlı təlim və emalatxana çalışması baş tutub.

Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilinin moderatorluğu və "Qərbi Azərbaycan İcması”nın mətbuat katibi Ülviyyə Zülfiqar, "Oxu.az” xəbər saytının köşə yazarı Kubra Məhərrəmmovanın iştirakı ilə "İnformasiya mühitində Azərbaycan maraqlarının qorunması" və Azərbaycan Elektron İdman növləri Federasiyasının baş katibi Gülməmməd Həsənov, "GMT” komandasının elektron idman direktoru Maksim Vikulov, elektron idman növləri üzrə peşəkar idmançı Tural Həsənov və elektron idman növləri üzrə peşəkar idmançı Orxan Tağıyevin iştirakı ilə "Elektron sport" mövzusunda panel müzakirələri keçirilib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının katibi Müşərrəf Məmmədovanın iştirakı ilə "Kibergigiyena və dezinformasiya", İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin baş layihə rəhbəri Camal Ağayevin iştirakı ilə "İnnovativ sahibkarlıq üçün başlanğıc terminologiyası", biznes influnseri Fəridə Əsgərzadənin iştirakı ilə "Biznesdə rəqəmsal  transformasiya" mövzusunda görüşlər təşkil olunub.

Layihə çərçivəsində gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə "Social night", şəhər gəzintisi, film saatı, "Playstation 5" çempionatı və "Nə? Harada? Nə zaman?" intellektual yarışı təşkil olunub. Gəzinti zamanı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi, Mingəçevir şəhər Tarix Muzeyi və Dövlət Rəmzləri Muzeyinə ekskursiya baş tutub. Film saatı zamanı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı ərsəyə gələn "Generalın planı” adlı sənədli film nümayiş olunub.

Layihə çərçivəsində hər günün sonu "Enerjini Paylaş" devizli mədəni-kütləvi tədbirlə başa çatıb. DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.

Ümumilikdə, layihə çərçivəsində müxtəlif mövzularda qeyri-formal təhsil metodikası ilə 4 görüş, 5 təlim, 3 panel müzakirəsi, 1 emalatxana çalışması, 5 mədəni-kütləvi tədbir, 3 gəzinti, 1 film saatı, 2 virtual və 1 intellektual yarış baş tutub.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb