Gənclər üçün Təhsil Mərkəzi 2018-ci ildəki fəaliyyətinə dair illik hesabatını təqdim etdi

GƏNCLİK
16:14 07.02.2019
4975
Bu gün fəal gənclər təşkilatlarından biri olan Gənclər üçün Təhsil Mərkəzi 2018-ci ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib.
 
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə  AZXEBER.COM-a açıqlamasında bildirib ki, Mərkəz ənənəvi olaraq, başa çatmış ildə gördüyü işlərə qiymət vermək, fəaliyyətindəki şəffaflığı təmin etmək, o cümlədən yeni ildə qarşıda duran vəzifələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə bu formatda toplantılar təşkil edir. 
F.Həsənzadə qurumun ötən illərdə olduğu kimi, 2018-ci ildə də fəaliyyətini əlaqələndirmək məqsədilə Bakı, Gəncə, Mingəçevir, Şirvan, Qarabağ (Ağcabədi) və Quba regional ofislərinin imkanlarından istifadə etdiyini diqqətə çatdırıb.  Mərkəzin əhatə dairəsini genişləndirmək məqsədilə Sumqayıt, Şəmkir, Ucar, Oğuz, Şabran və Lənkəranda da müvəqqəti nümayəndəliklər yaratdığı vurğulanıb. 

Qeyd olunub ki, Mərkəz ötən il ərzində əsasən "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın  prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 142 olmaqla 28 iri və 118 kiçik miqyaslı layihə həyata keçirmişdir. Mərkəz sözügedən layihələrin maliyyələşdirilməsində həm dövlət, həm də özəl təşkilatlarla əməkdaşlıq etmişdir. Layihələr Azərbaycanın 30-dan çox  şəhər və rayonunda həyata keçirilmiş, ümumilikdə 12 min nəfərdən çox insana təsir etmişdir.  

Mərkəzin rəhbəri gənclərin rəqabətə davamlılığını təmin etmək və onların beynəlxalq  aləmdə  Azərbaycanın maraqlarını müdafiə etməsinə şərait yaratmaq məqsədilə beynəlxalq əməkdaşlığa üstünlük verildiyini də qeyd etdi. Bildirdi ki, Avropa Gənclər Klubları Konfederasiyasının tamhüquqlu üzvü olan Mərkəz vasitəsilə 50-ə qədər gənc müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Avropa İttifaqının "Erasmus+ proqramı çərçivəsində də çoxlu sayda gənc müxtəlif təlim, konfrans və forumlarda iştirak etmişdir. 2018-ci il ərzində Mərkəzin rəhbərliyi Avstriya Təhsil Nazirliyi yanında Təhsildə Bərabərlik Koalisiyasının idarə heyətində təmsil olunmuşdur. 

F.Həsənzadə region gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin stimullaşdırılması məqsədilə regionlarda Peşə Təhsili üzrə Regional Məsləhət Xidmətinin, eləcə də Karyera Planlama Xidmətinin fəaliyyət göstərdiyini, Quba rayonunda gənclər üçün Biznes Planlama Xidmətinin yaradıldığını da diqqətə çatdırdı. O, Füzüli rayonunda gənc xanımların peşə bacarıqlarının artırılması üçün bərbər və dərzi kursları, Ağcabədi rayonunda aztəminatlı ailələrin qız övladları üçün  tikiş və toxuculuq kursunun davam etdiyini də vurğuladı. 

Geniş hesabar dinlənildikdən sonra F.Həsənzadə sualları cavablandırdı, 2019-cu ildə həyata keçiriləcək bir sıra yerli və beynəlxalq layihə barədə məlumat verdi. 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:25 14.07.2020

DTX-dan sosial şəbəkələrdə yayılan təxribatçı məlumatlarla bağlı - AÇIQLAMA

19:21 14.07.2020

Türkiyə parlamentindən Azərbaycana dəstək - VİDEO

19:18 14.07.2020

"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

18:56 14.07.2020

Ombudsman ermənilərin silahlı hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib - Foto

18:39 14.07.2020

İnformasiya müharibəsinə adekvat cavab verməyin 5 üsulu

18:33 14.07.2020

Ermənistan ordusunun daha iki hərbçisi məhv edildi

18:14 14.07.2020

Tovuzda daha bir ev atəşə tutuldu - VİDEO

17:45 14.07.2020

Xəzər İbrahim: “Minsk Qrupunun sadəcə bir üzvünün yanımızda olduğunu gördük” - VİDEO

17:36 14.07.2020

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”

17:28 14.07.2020

Ermənilər 76 yaşlı kişini bu evdə öldürüb - VİDEO

17:16 14.07.2020

Şəhid mayor Namiq Əhmədov dəfn olundu

16:59 14.07.2020

Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri belə saxladı - ANBAAN VİDEO

16:58 14.07.2020

"Qarabağı ermənilərdən almanın zamanı gəlib" – Türkiyədən Azərbaycana daha bir dəstək

16:55 14.07.2020

"Semaşko"nun direktoru işdən çıxdı - YENİ TƏYİNAT

16:44 14.07.2020

Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi

16:38 14.07.2020

Ombudsman Səbinə Əliyeva Tovuzun Ağdam kəndinə getdi