Gənclər üçün Təhsil Mərkəzi ölkəmizi beynəlxalq tədbirdə təmsil edir

GƏNCLİK
11:20 06.09.2013
1527

Gənclər üçün Təhsil Mərkəzinin 6 nəfərdən ibarət nümayəndə heyəti Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən beynəlxalq tədbirdə ölkəmizi təmsil edirlər.

AZXEBER.COM-un məlumatına görə, inklüziv təhsil metodologiyasına həsr olunmuş tədbirin əsas məqsədi bu sahədə müxtəlif ölkələrin gənclər təşkilatları arasında əməkdaşlığın qurulmasına dəstək verməkdir.

Tədbirdə 8 ölkədən 40-a yaxın gənc ekspert iştirak edir.

Nümayəndə heyətinin rəhbəri, Gənclər üçün Təhsil Mərkəzinin layihələr və regionlarla iş bölməsinin rəhbəri Fariz Budaqov məlumat vermişdir ki, səfər çərçivəsində əhəmiyyətli görüşlər və təcrübə mübadilələri də nəzərdə tutulub. Belə ki, bu gün Xorvatiyanın Təhsil Nazirliyi və müxtəlif təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər, eyni zamanda əlilliyi olan gənclər üçün yaradılmış təhsil imkanları ilə tanışlıq səfərləri olacaq.

OXŞAR XƏBƏRLƏR