xari

Gənclər üçün yeni iş imkanı yarandı

GƏNCLİK
17:16 19.01.2021
563
"Hazır Mühasib-2” layihəsinə yenidən start verilir. 

AZXEBER.COM xəbər verir ki, layihə iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan orta-ixtisas və ali təhsil müəssisələrinin tələbə və məzunları, iş axtaran gənclər və karyerasını mühasibatlıq sahəsində qurmaq istəyən region gəncləri üçün nəzərdə tutulub.

Beynəlxalq mühasibat uçotunun əsaslarını əhatə edən proqramın əsas istiqamətləri maliyyə uçotu və hesabatı, vergi və sosial ödənişlərin uçotu və hesabatı və rəsmi mühasibatlıqdır.

4 ay davam edəcək layihədə iştirak etmək istəyən gənclər test imtahanı və müsahibə yolu ilə seçiləcək.  

Layihəni uğurla tamamlayanlar sertifikatla təltif olunacaq və fərqlənən iştirakçılar təlimlərdən sonra təcrübə proqramına göndəriləcək.

Gənclərin İnkişaf və Karyera Mərkəzi, İATM - İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və "Məram" Gənclik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçiriləcək layihənin məqsədi gənclərin karyera quruculuğu və karyerasına dəstək olmaqdır.

Məlumat üçün bildirək ki, layihə 2-ci dəfə keçirilir. Keçən il baş tutan layihənin sonunda 6 iştirakçı dövlət və özəl sektorda işlə təmin olunublar.

Layihədə iştirak etmək istəyən gənclər https://shorturl.at/uyGQZ qeydiyyat linkinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:53 01.03.2021

Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq

17:47 01.03.2021

Xaricilər 2021-ci ildə Azərbaycanda nə qədər pul xərcləyib? - RƏSMİ

17:44 01.03.2021

Paşinyana daha bir zərbə: Ermənistan Milli Elmlər Akademiyası onun istefasını tələb edir

17:42 01.03.2021

“Apple” bu il daha fərqli “iPhone” təqdim edəcək

17:39 01.03.2021

Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev

17:38 01.03.2021

Nazirlik "Bazarstor"da qanun pozuntuları aşkarladı

17:34 01.03.2021

Türkiyə ilə Qətər birgə təlimlərə başlayır

17:33 01.03.2021

Fevralda neft hasilatı azaldılıb - OPEC ölkələri yeni qərar aldılar

17:30 01.03.2021

Nikola Sarkozi həbs edildi - Korrupsiyaya görə

17:30 01.03.2021

Qanunvericiliyin tələblərinin pozan hakimlərin adları açıqlandı - RƏSMİ

17:28 01.03.2021

Ermənilər yeni terror təşkilatı yaratdı - Təlimlər keçirirlər

17:18 01.03.2021

Azərbaycandakı özəl şirkətlərin ölkəyə qazandırdığı gəlir həcmi açıqlandı - FOTO

17:14 01.03.2021

Azərbaycanın ixrac etdiyi peyk xidmətinin nə qədər gəliri olub? - AÇIQLAMA

17:09 01.03.2021

“Holcim Azərbaycan” cərimələndi

17:05 01.03.2021

İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı AÇIQLAMA

17:05 01.03.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı