Məhz bu başlıq altında təlim kursu 28 fevral tarixindən öz işinə başlayıb.
AGİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı Novxanı “Olimpik” İstirahət və İdman Mərkəzində gənclər və idman idarələrinin rəhbərləri üçün mövzusunda keçirilən təlim kursunun əsas məqsədi idarə rəhbərlərinin fəaliyyətinin səmərəliliyini, gənclərlə iş sahəsində bilik və peşə bacarıqlarını artırmaq və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yerlərdə effektiv icrasını təmin etməkdir.
İdarə rəhbərlərinin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması ilə əlaqədarı aşağıdakı mövzular üzrə məşğələlər keçiriləcəkdir: · “Dövlət gənclər siyasətinin yerlərdə effektiv həyata keçirilməsi”; · “Dövlət gənclər siyasətinin yerlərdə həyata keçirilməsində qarşıyan çıxan əsas problemlər”; · “Sənədlərlə işin aparılması qaydaları”; · “Gənclər təşkilatları ilə əməkdaşlıq üsulları”; · Ali və ortxa ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələb-Gənclər Təşkilatlarının fəaliyyətinin tənzimlənməsi”; · “Gənclər üçün sosial xidmətlərin yaxşılaşdırılması”; · “Vaxtın idarəolunması”; · “Xəmsə” Milli İntellektual Oyununun keçirilmə qaydaları; · “Yerlərdə hərbi-vətənpərvərlik işinin təşkili”; · “Gənclərin səfərbərliyi və motivasiyası”; · “İdarəetmə haqqında ümumi anlayışlar”; · “Debat gənclərin inkişafının bir aləti kimi”. Təlim məşğələlər Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Regionlarla iş və kadrlar şöbəsinin müdiri Asif Quliyev, Ümumi şöbənin müdiri Nazim Nəbiyev, Gənclərlə iş şöbəsinin sektor müdirləri Fuad Babayev, Nərmin Bağırova, Elşən Hüseynov, Əli Məmmədov, Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin milli məsləhətçisi Araz Paşayev, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin içraçı direktoru Şahin Seyid-zadə və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Faiq Hüseynov tərəfindən aparılacaqıdır. Sonda təlim iştirakçılarına Gənclər və İdman Nazirliyinin təsis etdiyi şəhadətnamələr təqdim ediləcəkdir. Təlim kursu 3 mart tarixinədək davam edəcəkdir.