Gənclər və idman naziri Azad Rəhimov Braziliyada rəsmi səfərdədir

Gənclər və idman naziri Azad Rəhimov Braziliyada rəsmi səfərdədir
GƏNCLİK
18:30 25.04.2013
1648
21 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimovun Braziliya Federativ Respublikasına səfəri başlamışdır.22 aprel 2013-cü ildə nazir Azad Rəhimov Braziliyanın idman naziri Aldo Rebelo ilə görüş keçirmişdir. Görüşdə idman sahəsində ikitərəfli əlaqələrin hazırki vəziyyəti müzakirə edilmiş və bu sahədə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulannışdır. Eyni zamanda, Azərbaycanda uşaq futbolunun inkişafına dəstək məqsədilə uşaqların, həmçinin müxtəlif qruplarla və komandalarla işləyən məşqçilərin Braziliyaya seminarlara göndərilməsi, futbol üzrə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına könüllülər hazırlanması proqramında azərbaycanlı gənclərin iştirak etməsi məsələləri də müzakirə olunmuşdur. Görüşün sonunda Azərbaycan və Braziliya nazirlikləri arasında idman sahəsində Əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanmışdır.Sonra, nazir Azad Rəhimov Braziliya Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə görüş keçirmişdir. Görüş zamanı nazir Azad Rəhimov Azərbaycanda paralimpiya hərəkatı və bu sahəyə göstərilən diqqət barədə məlumat vermiş və iki ölkənin paralimpiya komitələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.Həmin gün nazir A.Rəhimov “TV Brasil” kanalına müsahibə vermişdir. Müsahibə zamanı Azərbaycanla Braziliya arasında əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirən nazir bu ilin may ayında Bakıda Kapoeyra üzrə Dünya çempionatının keçiriləcəyini qeyd edərək bu faktın Braziliya ilə olan dostluğa verilən önəmin göstəricisi olduğunu ifadə etmişdir. Eyni zamanda, 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunları və 2016-cı ildə Braziliyada keçiriləcək yay Olimpiya oyunları barədə danışan nazir Azad Rəhimov bu sahədə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs etmişdir.Aprelin 23-də nazir A.Rəhimov Braziliya xarici işlər nazirinin idman məsələləri üzrə müavini səfir Xadil da Roşa Vyana ilə görüşmüşdür. X.Vyana iki dövlət arasında son zamanlar münasibətlərin artan tempdə inkişafından bəhs edərək idman nazirlikləri arasında Anlaşma memorandumunun imzalanmasını təqdirəlayiq hal olduğunu bildirmişdir. Görüş zamanı gənclər və idman sahəsində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.Nazir A.Rəhimov Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin Prezidenti deputat Nelson Pellegrino və həmin komitənin üzvü deputat Klaudio Kajado ilə görüşmüşdür. Görüşdə ikitərəfli əlaqələr, xüsusilə idman və gənclər sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir.Görüşlərdə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da iştirak etmişdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər