Gənclər və idman naziri Azad Rəhimov tərəfindən oktyabrın 4-də Beyləqan rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qəbulda Beyləqan, İmişli, Ağcabədi və Biləsuvar rayonlarının sakinləri iştirak edəcəklər.Qəbul saat 11:00-da Beyləqan Rayonu Heydər Əliyev Mərkəzində başlanacaq.Qəbula gəlmək istəyən vətəndaşların 3 oktyabr tarixinədək saat 09:00-dan 18:00-dək Beyləqan, İmişli, Ağcabədi, Biləsuvar rayonlarının Gənclər və İdman Baş İdarələri ilə əlaqə saxlamaları mümkündür.