“İRƏLİ” İdman Mərkəzi və “Start” Əyləncə mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərarası üzgüçülük” çempionatı yekunlaşıb.
Turnir 4 gün müddətində davam edib. Yekun olaraq 1-ci yerə Ruslan Məmmədov, 2-ci yerə Elmar İsrafilli və 3-cü yerə İlkin Səmədov laiq görülüblər. Qaliblərə “İRƏLİ” İdman Mərkəzi tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “İRƏLİ” İdman Mərkəzinin məqsədi idman sahəsinə marağı olan gəncləri bir araya gətirmək, onların fəaliyyətinə dəstək olmaq, bununla da, ölkə idmanının inkişafına töhfə verməkdir. Mərkəz daxilində bütün növ idman oyunlarına dəstək olunması və idmanla bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.