'Gənclərarası üzgüçülük' çempionatına start verilir

GƏNCLİK
14:04 16.01.2013
1547

“İRƏLİ” İdman Mərkəzi və “Start” Əyləncə mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərarası üzgüçülük” çempionatına start verilir.

Turnir 4 gün müddətində (23, 24, 26 və 27 yanvar) davam edəcək. Çempionatda qızlar və oğlanlar iştirak edə bilər. Yarış 2 gün (23, 26 yanvar) qızlar arası, 2 gün (24, 27 yanvar) oğlanlar arası keçiriləcək.

Sonda 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə “İRƏLİ” İdman Mərkəzi tərəfindən sertifikat və hədiyyələr təqdim olunacaq.

Layihədə iştirak etmək istəyən şəxslərad, soyad və əlaqə vasitələrini yazıb22 yanvar 2013 tarixinə qədər [email protected]/* */ ünvanına göndərərək müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR