Gənclərə ekologiya təlimləri keçirilib - FOTOLAR

GƏNCLİK
16:39 31.10.2016
2964
"Vətəndaş İnstitutlarının İnkişafı Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyilə "Ekologiyanı qoruyaq” şuarı altında təlimlərə yekun vurub.
 
AZXEBER.COM xəbər verir ki, təlimlər Qəbələ rayonunda təşkil edilib.
 
Düşərgə müddətində gənclərə ətraf mühitin qorunmasının vacibliyi barədə bu mövzularda təlimlər keçirilib:
 
- Ekoloji siyasətin əsas istiqamətləri;
- Gənc nəslin ətraf mühitin mühafizəsində rolu;
- Ekologiya və mədəniyyət;
- Ekologiya və hüquq;
- Biomüxtəlifliyin qorunması.
 
Təlimlərdə ölkənin müxtəlif rayonlarını təmsil edən gənclər iştirak ediblər.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR