"Hesab edirəm ki, ötən gün müxalifətin təşkil etdiyi aksiyanın adı tam başqa, məramı isə tamam başqa idi".
AZXEBER.COM-un məlumatına görə, bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova deyib.
Təşkilat sədrinin sözlərinə görə, Azərbaycanda hər kəs əsgər ölümünə yox deyir: “Əsgər ölümü o qədər həssas bir məqamdır ki, bundan sui-istifadə etməyin özü belə cinayətdir. Məlumdur ki, biz müharibə şəraitində yaşayırıq. Atəşkəs olsa belə cəbhə xəttində ermənilər hər dəfə atəşkəsi pozur. Biz əsgərlərə hal-hazırda ən ali varlığımız kimi baxa bilirik. Təbii ki, əsgər ölümü xalqın, dövlətin bir növ problemidir. Bu problemlərin aradan qaldırılması istiqamətində isəı artıq işlər aparılır. Amma müxalifət gənclərinin arxasında duran insanlar və təbii ki, onların liderləri əsgər ölümünü şişirdərərək və bunu milli məsələdən çıxardıb siyasiləşdirərək, özlərinin hakimiyyət ehtirasını gerçəkləşdirmək fikrindədilər. Təbii ki, biz bir gənc kimi bunu görürük. Azərbaycan 1990-cı illəri artıq 23 ildir ki, bitirib. Bu illər bir daha ölkəmizdə olmayacaq. Mən gəncləri ayıq-sayıq olmağa çağırıram və deyirəm ki, onlar müxalifət dairələrinin təşkil etdikləri heç bir aksiyaya getməsinlər”.